VALİDEYNLƏRƏ XƏBƏRDARLIQ

Həyatımızın ayrılmaz hissəsinə çevrilən telefonlar artıq uşaqların da imtina etmədiyi bir vasitəyə çevrilib. Mütəxəssislər isə uşaqların telefondan bu qədər çox istifadə etməsinin əleyhinədir.

Milli.Az ailem.az-a istinadən məsələ ilə bağlı türkiyəli psixoloq Eda Yavaş Togaerin fikirlərini təqdim edir.

Mütəxəssis deyir ki, özünəinamı qeyri-kafi olan, ictimai əlaqə problemi yaşayan uşaqlar telefona daha düşkün olurlar: “Uşağa əvvəlcə telefondan çox istifadənin zərərlərini izah etmək sonra da istifadənin məhdudlaşdırılması baxımından nümunə olmaq lazımdır. Bu bir həqiqətdir ki, uşaqlara telefonu biz böyüklər veririk. Ağıllı telefonlardan biz özümüz idarəli istifadə etməliyik ki, uşağa uyğun və doğru nümunə olaq. Uşaq ünsiyyət qurmağa başladığı andan etibarən yemək yeməsi üçün və ya işlərimizi edə bilək deyə uşağın əlinə mobil telefonu biz veririk. Uşaq televizor, cib telefonu kimi davamlı xəbərdar edən bir alətlə fokuslanmağı öyrənir. Zaman içərisində cib telefonuyla oyun oynamaq kimi daha fərqli yollarla ictimailəşməyi də öyrənirlər”.

Psixoloq söyləyir ki, uşaqlar bir-biri ilə ünsiyyət qurmaqdansa cib telefonlarına yönəlirlər: “Uşaqların telefondan istifadəsinin nə dərəcədə təhlükəli olduğunu onun bu vasitə ilə nə qədər zaman keçirməsindən anlaya bilərik. Problemli istifadə deyə bilmək üçün telefonun uşağın həyatına nə qədər təsir etdiyinə baxmaq lazımdır. Uşağınızın məktəbdə müvəffəqiyyəti yaxşıdırsa və mobil telefonunu yalnız ictimailəşmək üçün istifadə edirsə, valideynlər bir az daha rahat ola bilərlər. Ancaq uşağınız otağından heç çölə çıxmayıb yalnız telefonla oynayırsa, diqqətli olun. Çünki özünü yoldaşları içində rahat hiss etməyən və birə-bir ünsiyyətdən çəkinən uşaq mobil telefonuna yönəlir. Yalnız oyun oynamaq və ya ailə ilə vaxt keçirmək istəməmək də uşaqları telefona istiqamətləndirə bilər. Ailə bu nöqtələrə diqqət edərək uşağı çox yaxşı təqib etməli və bu suallara dəqiq cavablar verməlidir”.

Onun sözlərinə görə, telefonu uşağın həyatından tamamilə çıxarmaq da doğru deyil: “Uşaqları mütləq yaxşı anlamaq və onların telefona yönəlmələrinin səbəblərini yaxşı araşdırmaq lazımdır. Qadağalar tətbiq etmək yerinə uşaqla qarşılıqlı danışmaq və ortaq bir yol tapmaq daha faydalı və təsirli olur. Bu zaman ona telefondan çox istifadənin zərərlərini dəqiq izah etmək lazımdır. Əksinə, telefonu tamamilə uşağın həyatından çıxarmaq çox ciddi reaksiyaya səbəb ola bilər”.

Mobil telefon istifadəsi ilə əlaqədar yetkinlik dövründə yaşanan problemlərin bir az daha çətin olduğunu ifadə edən mütəxəssis bildirir ki,  bu müddət ailələrin uşaqlarla daha çox qarşıdurma yaşadıqları bir dövrdür: “Yetkin fərdə evin qaydalarını izah etmək və onu da çox yaxşı anladığınızı, ehtiyaclarına əhəmiyyət verdiyinizi diqqətlərinə çatdırmalısınız. Bu zaman övladınızla aranızda sağlam bir ünsiyyət yaranacaq. Ancaq bütün hallarda uşağın cib telefonunu nə məqsədlə istifadə etməsindən xəbərdar olmaq və daim nəzarətdə saxlamaq çox vacibdir”

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib