Moskvada “Qədim Azərbaycan adət-ənənələrinin dirçəlməsi – Kəlağayı yaylığı” adlı tədbir keçirilib

Moskva Millətlər Evində kəlağayı ənənəvi sənəti və simvolikasının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyinə həsr olunmuş “Qədim Azərbaycan adət-ənənələrinin dirçəlişi – Kəlağayı yaylığı” adlı təntənəli ədəbi-musiqili tədbir keçirilib.

Qonaqları Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin (MMM) sədri Bəxtiyar Həsənov, sədr müavini Həşim Əliyev salamlayıblar. Qeyd edilib ki, 2014-cü ildə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə kəlağayı beynəlxalq aləmdə rəğbət qazanmışdır.

Qonaqlara videobağlantı vasitəsilə Bakı Dövlət Universitetinin professoru və kafedra müdiri, kəlağayı sənətinin bütün dünyada tanınmış mütəxəssisi və təbliğatçısı, həmçinin “Kəlağayı” kitabının müəllifi Rəna İbrahimbəyova qoşulub. Qonaqlar maraqlı faktlarla zəngin videomühazirə ilə tanış olublar.

Tədbirin təşəbbüskarı kimi Moskva Azərbaycanlılarının MMM Qadınlar Birliyinin rəhbəri Leyla Fərəcova çıxış edib və bu unikal yaylıq haqqında hekayəni tamamlayan, dizayn işlərini və məhsulun geyilmə yollarını göstərən, Şəkidən qonaq rəssam və dizayner Cəmilə Hacısəmədzadəni səhnəyə dəvət edib.

Sazın müşayiəti ilə Azərbaycan xalq mahnılarının ifaçısı Təranə Gədəbəyli, Leyla Yusifova, Gülnur Alışeva, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun dosenti, türkmən dili müəllimi Maya Klıçyova, şair-tərcüməçi Afaq Şıxlı öz məharətlərini nümayiş etdiriblər.

Bəxtiyar Həsənov “Qadın ipək baş geyiminin istehsalı və daşınmasının ənənəvi mədəniyyəti və onun simvolikası” müsabiqəsinin qalibləri olan Qadınlar Birliyinin üzvlərinə diplomları təqdim edib.

Tədbirdə həmçinin Azərbaycanın kəlağayı, suvenirlər və dekorativ sənət nümunələrindən ibarət sərgi də təşkil olunub. Ənənəvi Azərbaycan yaylıqlarının nümayiş etdirildiyi moda nümayişi keçirilib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP 

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi