PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müttəfiqi, MHP lideri Dövlət Baxçalı oktyabrın 22-də Abdullah Öcalanı Türkiyə Böyük Millət Məclisində PKK terror təşkilatını ləğv etməyə çağırıb.

Bundan sonra kürdlərin DEM partiyasının nümayəndələri Öcalanla görüşüb. Görüşdən sonra nümayəndələr siyasi partiyalarla danışıqlar aparıb.

Türkiyə mətbuatı yazıb ki, PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir. Bildirilib ki, Öcalan terrorçuları silahlarını yerə qoymağa və uzun müddətdir davam edən silahlı qarşıdurmaya son qoymağa çağıra bilər. Məlumata əsasən, Öcalanın çağırışı həm Şimali İraq və Suriyadakı yaraqlılara, həm də təşkilatın Avropadakı tərəfdarlarına ünvanlanacaq.

Bəs Öcalan nə zaman PKK-ya çağırış edəcək? Terrorçular başçılarının əmrlərinə riayət edəcəklər?

Türkiyə Böyük Millət Məclisinin(TBMM) deputatı, Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım  bildirib ki, DEM Partiyası üzvləri Öcalanla bir daha görüşəcəklər:

“Təqribən 1 aydır Milliyyətçi Hərəkat Partiyasının sədri cənab Dövlət Baxçalının çağırışı ilə yeni proses başlayıb. Təbii ki, Prezidentimiz də bu prosesi dəstəkləyir. Türkiyə 40 ildir terrorla mübarizə aparır. Tək terrorist qalmayana qədər mübarizə davam edəcək. Həqiqətən də, terrorla mübarizə hazırda yaxşı vəziyyətdədir. Sərhədləri xaricindəki terror qruplaşmalarının mövcudluğu Türkiyəni istər-istəməz narahat edir. Türkiyə öz daxilində sabitliyi təmin etməlidir. Bunun üçün daha əvvəl 2013-2014-cü illərdə “Həll prosesi” adlı yol izlənilib.  Lakin bu, baş tutmadı. Öcalan PKK-ya çağırış etsin və silahlar buraxılsın deyə daha bir müraciət edilib. Bununla əlaqədar DEM Partiyası nümayəndə heyəti formalaşdırıb və Öcalanı ziyarət etdikdən sonra siyasi partiyaların sədrlərini ziyarət ediblər. Daha sonra Selahatdin Demirtaşı ziyarət edib və ilk turu tamamlayıblar. İndi də Suriya və İraqa gedib müəyyən danışıqlar aparacaqlar. Bundan sonra yenidən Öcalanla görüşəcəklər”.

Şamil Ayrım Öclanın fevral ayının ortalarında çağırış etməsi gözlənilir.

“Türkiyəni bölmək istəyənlər artıq türk-kürd məsələsindən sui-istifadə edə bilməyəcəklər. Türkiyə böyük və güclü ölkədir. Ölkənin 86 milyon əhalisi var. Türkiyədə müxtəlif etnik mənsubiyyətə malik insanlar var. Ölkəmizdə fərqli dillərdən və dinlərdən insanlar yaşayır. Bunlar Türkiyənin tamhüquqlu vətəndaşlarıdır. Qan ititiririk, investisiya itiririk, müdafiə sənayesinə daha çox yüklənməli oluruq. Bu nə vaxta qədər davam edəcək? Onsuz da, çox gərgin bir regionda yerləşirik. Buna görə də daxili stabilliyin və hüzurun təmin edilməsinə ehtiyac var. Artıq terrorla mübarizədə sona gəlinib. Mən Öcalanın qarşıdakı günlərdə belə bir çağırış edəcəyini gözləyirəm. Bu çağırışın tərəf müqabili biz yox, terror təşkilatı PKK-dır. Silahların buraxılması üçün müraciət ediləcək. Bunu necə həll edəcəklər bilmirik. Qəndildəkilərin silahı buraxmağa hazır olduqlarını düşünürəm. Çünki Türkiyə daxildə terrorla mübarizədə böyük məsafə qət edib. Artıq sona gəlinib  Biz sərhədlərimizə yaxın yerlərdə də terror təşkilatlarının olmasını istəmirik. Gözləyəcəyik. İstər cənab Prezident Rəcəb Tayyib Ərdoğan, istərsə də Dövlət Baxçalı insanlara məsələlərə pozitiv yanaşmanı təşviq edirlər. Ortada alış-veriş yoxdur. Bəziləri düşünür ki, iki bayraq, iki dövlət olacaq. Lakin bu belə deyil. 86 milyonluq Türkiyə Cümhuriyyəti terrorçularla alış-veriş edə bilməz. Proseslərin qeyd-şərtsiz getməsi gözlənilir. İnşallah qarşıdakı dönəmdə bunu görəcəyik”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP 

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi