Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü – MediaZona.Az
Bazar ertəsi, 23 Noyabr 2026
Günün xəbəri, dəqiq məlumat--:--:--
Xəbər Zonası
Operativ • Dəqiq • Etibarlı
SON DƏQİQƏ
09.01.2026 10:19 · Dünya, Manşet, Xəbər xətti

Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

Ərdəbil şəhərində İran rejiminə qarşı etirazlar kəskin mərhələyə keçib.

Musavat.com xəbər verir ki, gecə saatlarında şəhərin mərkəzi meydanlarında toplaşan yüzlərlə sakin açıq şəkildə ali dini liderin ünvanına sərt şüarlar səsləndirib.

Şahidlərin bildirdiyinə görə, etirazçılar “Xameneiyə ölüm!”, “Seyid Əli bişərəfdir, Azərbaycan şərəfdir!” çağırışları ilə küçələrə çıxıblar. Aksiyalar zamanı İran bayrağının endirilərək parçalandığı, meydanlarda rejimə qarşı açıq etirazın nümayiş olunduğu qeyd edilir.

Hadisələr Ərdəbildə sosial-siyasi gərginliyin yeni mərhələyə keçdiyini göstərir. Yerli mənbələr təhlükəsizlik qüvvələrinin şəhərin bəzi hissələrinə cəmləşdirildiyini bildirir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP