“Tesla” ən təhlükəli avtomobil adlandırıldı

ABŞ-da tərtib edilən ölümlə nəticələnən qəzaların yüksək olduğu avtomobil markaları siyahısına “Tesla” başçılıq edir.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi Administrasiyasının məlumatına görə, 2018-2022-ci illər arasında İlon Maskın elektrik avtomobillərinin qəzaya düşmə ehtimalı digər markalara nisbətən iki dəfə çox olub. Belə bir qəzanın baş vermə ehtimalı 1 milyard kilometrə 2,8-dir.

İkinci yeri Koreyanın “Kia” brendi tutub, onun balı 5,5 olub. Üçüncü yerdə isə 4,8 ehtimalla “Buick” qərarlaşıb.

Araşdırma üçün Fatality Analysis Reporting System (FARS) məlumatı təhlil edilib. Ən azı bir sərnişinin həlak olduğu ölümlə nəticələnən qəzalarda iştirak edən 2018-ci ildən 2022-ci ilə qədər olan avtomobil modelləri nəzərdən keçirilib.

Son 20 ildə avtomobil təhlükəsizliyi əhəmiyyətli dərəcədə yaxşılaşsa da, Yol Təhlükəsizliyi Sığorta İnstitutu qeyd edir ki, ABŞ-da yollarda baş verən qəzaların və ölümlərin sayı son 5 ildə artaraq əvvəlki 12 ili keçib.

Bundan əvvəl Kanadada dörd hindistanlı dost “Tesla” avtomobilində diri-diri yanıb. Ölümlə nəticələnən qəza oktyabrın 24-də baş verib. Elektriklə işləyən avtomobil hasarla toqquşduqdan sonra alovlanıb.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP 

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi