Rəqs edən insanlar niyə QOCALMIR? – BEYİN ÜZƏRİNDƏ MÜDHİŞ TƏSİRİ

Rəqs edən insanların beyni daha yaxşı işləyir və sağlam olur.

Milli.Az xəbər verir ki, rəqsin beyinə təsiri haqqında yeni faktlar ortaya çıxıb. Məlum olub ki, rəqs sadəcə əyləncə növü deyil. Rəqs həm bədənə, həm də beyinə müsbət təsir göstərir. Yeni tədqiqatlar göstərib ki, rəqslə nevroloji sağlamlıq arasında əlaqə var.

Alimlərin araşdırmalarına görə rəqs edən insanların beynində aşağıdakı dəyişikliklər baş verir.

1. Bu, neyroplastikanızı artırır

Nyu-Yorkda Albert Eynşteyn Tibb Kollecinin rəhbərliyi altında aparılan yeni araşdırmada tədqiqatçılar insanın qocalma sürəti ilə əqli qabiliyyət göstəricilərini qiymətləndiriblər. Araşdırma 75 yaşından yuxarı yaşlı vətəndaşlar üzərində aparılıb. Onun məqsədi isə fiziki fəallığın zehnə və ya idrakın itiliyinə təsirini araşdırmaq olub. Tədqiqatın nəticələri “Yeni İngiltərə” tibb jurnalında dərc olunub.

Əldə olunan nəticələrə görə, rəqsdən başqa digər fiziki hərəkətlər zehni itiliyə müsbət təsir göstərmir. Müntəzəm olaraq rəqslə məşğul olmaq əqli gerilik riskini 76% -i azaldır. Nevroloq Robert Katsman izah edib ki, rəqs edən insanlar daha yüksək koqnitiv ehtiyatlara və yüksək mürəkkəb sinir hüceyrələrinə malikdir. Rəqslər beynin neyron yolunu bərpa etməyə vadar edir, bununla da neyroplastikaya kömək edir.

2. Bu, sizi daha intellektual edə bilər

Beynin müxtəlif vəziyyətlərə ağıllı cavabları nəzərdən keçirməsi və məqsədli şəkildə bu cavablardan birini seçməsi prosesi intellektuallıq əlaməti hesab olunur.

Odur ki, intellektini ölçməyin ən yaxşı üsulu cəld cavab tələb edən vəziyyətlərdə iştirakdır. Rəqslər isə intellekti inkişaf etdirmək üçün ideal fəaliyyətdir, çünki hərəkətlər sizdən çeviklik tələb edir. Məsələn, siz hər hansı rəqsi yerinə yetirəndə mahnının dəyişən ritmləri ilə bərabər necə çevik hərəkət etməyi, necə sürətlə çevrilməyi və fırlanmağı düşünürsüz. Rəqslər sürəti artırır və bu proses sizin intellektinizi yaxşılaşdırır, problemlərə həllinə qarşı beynin reaksiyasını da sürətləndirir.

3. Rəqslər qocalma prosesini ləngidir və yaddaşı artırır

Sinir sinapsləriniz nə qədər mürəkkəb olarsa, sizin beyniniz o qədər sağlam olacaq. Həkim Kaçmanın sözlərinə görə yeni neyron yollarını yaratamaq üçün əlinizdən gələni etməlisiniz, rəqslər isə bu məqsədə çatmaq üçün əla vasitədir.
Ahıl yaşa yaxınlaşdıqca baş beynin hüceyrələri ölür, sinir sinaps yolu isə daha zəif olur. Odur ki, yaşlı insanlar üçün adları yadda saxlamaq çətinləşir, çünki beyində mühafizə edilən informasiyaya yalnız bir neyron yolu gedir. Lakin rəqslə məşğul olmağa başlasanız, beyninizdə yeni neyron yolları yarada bilərsiniz. Əgər yaşla əlaqədar olaraq bir neyron yolunu itirsəniz, əvəzində onun yerini tutmağa hazır olan alternativ neyron yolunuz olacaq. (publika.az)

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi