ABŞ-da “Harvi” qasırğası 3 nəfərin ölümünə səbəb olub
ABŞ-ın Texas ştatında “Harvi” qasırğası 3 nəfərin ölümünə səbəb olub.
Trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, qəza xidmətləri hazırda dağıntıları, aşan ağacları və avtomobilləri yığışdırmağa davam edirlər.
Qasırğa xəbərdarlığı üzrə ABŞ milli mərkəzi məlumat verir ki, “Harvi” qasırğası hazırda tropik fırtına səviyyəsinə qədər zəifləyib. Eyni zamanda sinoptiklər “çox ciddi daşqınlar” təhlükəsi barədə xəbərdarlıq ediblər.