Netanyahu Putinlə qəfil görüşünün səbəblərini açıqlayıb

Mediazona.az RiaNovosti-yə istinadən xəbər verir ki, İsrail və Rusiya dövlət başçıları yenidən görüşüblər. Görüşdə İsrailin baş naziri Binyamin Netanyahu bəyan edib ki, onun Rusiya prezidenti Vladimir Putinlə əlaqələri hər iki ölkənin təhlükəsizlik və maraqlarına xidmət edir. İki dövlət başçısının görüşü avqustun 23-də Soçidə baş tutub. Netanyahu: “Son illər mənim Rusiya prezidenti Vladimir Putinlə görüşlərim, ölkələrimizin maraqlarını və İsrailin şimal sərhədlərinin təhlükəsizliyini təmin etmək məqsədi güdür. Onu deyə bilərəm ki, indiyə qədər apardığımız bütün danışıqlar təkcə İsrailin deyil, o cümlədən Rusiyanın da maraqlarına uyğundur”. O bu sözləri İsrailin 20-ci telekanalına müsahibəsində deyib.

Baş nazir Putinlə “qəfil” görüşünü ölkəsində vəziyyətin dəyişkənliyi ilə izah edib. Baş nazirin sözlərinə görə, Rusiya prezidenti ilə mütəmadi görüşləri, regionda təkcə koordinasiya hərəkətlərini razılaşdırmaq deyil, eyni zamanda, qüvvələrin regional balans dəyişikliklərini izləmək üçündür. “Son həftələrdə vəziyyət dəyişib. Daha doğrusu, Suriyada İŞİD üzərində qələbəyə böyük ehtimal var. Bu yaxşıdır. Lakin, İranın hər vəchlə və açıq-aşkar İŞİD-in tərk etdiyi yerlərə soxulması çox pis haldır” – deyə baş nazir şərh edib.

Netanyahu həmçinin İranı, İsraillə müharibə aparmağa sövq etməkdə ittiham edib. Bi isə, təkcə iki ölkəni deyil, bütün dünyanı təhlükə qarşısında qoymaqdır. “ İran İŞİD-in tərk etdiyi yerlərə hərbi, hava, quru, dəniz qüvvələrini yerləşdirmək istəyini gizlətmir. Bu məqsədlərdən biri də, İsraillə müharibəyə başlamaqdır….Məqsəd aydındır. Mənim fikrimcə, bu ölkəmizə qarşı təhdiddir. Bu həm də, bütün bəşəriyyətə qarşı təhdiddir” –deyə İsrailin baş naziri bildirib. Rusiya prezidenti Putinlə Soçi görüşündə, Netanyahu bəyan edib ki, İranın Suriyadakı hərəkətləri təkcə İsrailə qarşı yox, eləcə də Yaxın Şərq və bütün dünyaya qarşı böyük təhlükədir.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi