Ekspertlər “Ümumi tarix”-dəki səhv haqqında

Ötən gün orta məktəblərin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində “Всеобщая история” (“Ümumi tarix”) dərsliyində  yer almış xəritə ilə bağlı məsələ müzakirə mövzusu olub. Belə ki, dərsliyin Azərbaycan dilində olan orijinalında və gürcü dilində tərcüməsində səhvə yol verilməsə də, rus dilində olan variantında texniki səhv aşkar edilib. Aşkarlanmış səhv dərsliyi nəşr və çap edən “Şərq-Qərb” nəşriyyatı tərəfindən aradan qaldırılıb və dərslik yenidən çap olunaraq məktəb kitabxanalarına təhvil verilib. Tədris rus dilində aparılan ümumitəhsil müəssisələri üçün yeni çap olunmuş X sinif “Всеобщая история” dərsliyinin yenilənmiş tirajı şagirdlərə paylanılıb.

Sözügedən məsələ ilə bağlı ekspertlərin fikirlərini təqdim edirik.

Похожее изображение

Təhsil eksperti Etibar Əliyev: “Qeyd olunan dərslikdəki texniki səhvlə bağlı ilkin olaraq Bəhlul Hüseynov adlı vətəndaş Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə müraciət edib. Təhsil Nazirliyinin rəhbərliyi Bəhlul Hüseynovu qəbul edib və ona əsl vətəndaşlıq mövqeyi nümayiş etdirdiyi üçün təşəkkürünü bildirib. Bu, normal hal deyil? Bu cür yanaşma və iş tərzi ölkənin ziyanınadır? Səhvlər bütün dünyada düzəldilir. Yoxsa yenə də səhvi deyəni məhkəməyə vermək lazımdır? Xəritədə doğrudan da texniki səhvə yol verilməsi inandırıcıdır, çünki dərslik ölkənin ən nüfuzlu nəşriyyatlarından biri olan “Şərq-Qərb” nəşriyyatında çap olunub. Nə oldu, belə bir meqanəşriyyat indi bilərəkdən xəritə çap edərək düşmən dəyirmanına su səpdi? Heç  inandırıcı görünmür axı. İndi diqqət edin nazirliyin etiraf etdiyi texniki səhvin ucundan tutub nə qədər ucuzluğa getdilər. Təhsil Nazirliyi bütün dərsliklərin ictimai müzakirəsini keçirir. Nə yaxşı tarix institutunun əməkdaşları, ali məktəblərin tarix müəllimləri bu texniki səhvi aşkara çıxarmayıblar? Təhsil Nazirliyinin rəhbərliyi Bəhlul Hüseynovu qəbul edib və ona əsl vətəndaşlıq mövqeyi nümayiş etdirdiyi üçün təşəkkürünü bildiribsə, ictimai müzakirələr zamanı səhvi aşkarlayan şəxsə də təşəkkür bildiriləcəkdi”.

Похожее изображение

Professor Şahlar Əsgərov: “3 gündür, müşahidə edirəm… Mediada vurçatlasındır. Gündəmin mövzusunu özünün tarixi qəhrəmanlığı kimi təqdim edən çoxları bir çox halda  tarix  kitabının səhifəsini belə görmədən sinə döyür, haray qoparır, düşmən axtarışındadır və sair. Hətta bu sinə döymə kampaniyası kitabda texniki qüsuru qeyd edən dövlət qurumunun rəsmi cavabından sonra daha da şiddətləndi. Biləndə ki, bu nüsxələr məktəblərdən yığışdırılıb, yeniləri çap olunaraq paylanılıb,  ancaq yenə də hay-haraydır.  Bir çox hallarda öz  merkantil maraqlarının (kitabları keçməyənlər )  öcünü almaq üçün  çoxdan pusquda dayanan kim,  bu   maraqların  ifadəçisi olmayan dövlət qurumuna  qarşı səlib yürüşünə keçən kim, kimisə erməni təəssübkeşi adlandıran kim, anaxronizmdə günahlandırılan kim,  az qala  bu qurumun Zori Balayanın “Ocaq” kitabının da naşiri olduğunu xəbər verən kim….

Markın allah evin tiksin. Bu facebooku ki çıxardıb, kim nə gəlir, nəyi gəlir, necə ittiham edir, sorğusuz filansız… Buradan da media manşetləri sıralanır, həndəsi silsilə ilə artır, izahatsız,  araşdırmasız  “ritual qurbanlıq” axtarışı  bütün  sürəti ilə davam edir. Və  qaragüruh  isteriyası dərslik müəlliflərini (8 nəfər şəxsi – universitet əməkdaşı, AMEA-nın elmi işçiləri, məktəb müəllimləri) “düşmən” kimi təqdim edir, gərginlik, hissiyata söykənən  və sosiumun  düşüncəsini istimar edərək qorxunc ictimai rəy yaradır, bu dərsliklərin yayılmasını faciəviləşdirir. Yaxşı onda sual olunur, əgər bu faktın  yayılmasından bu qədər  qorxursunuzsa  o zaman həmin  dərslik  ən pis  halda 7 min nəfərin tanış olduğu məzmun olacaqdı. Çünki dərsliyini azərbaycan və gürcü dilində olan nəşrində bu qüsur yox idi.  Cəmi 7 min rus dilli nüsxədəki bu faktı 700.000 oxucunun  malı etdiniz. Bəs deyirdiz, biz daha vətəpərvərik, bu yayılmamlıdır. Bu necə vətənpərvərlikdir ki, səsi-sorağı özünüreklam vasitəsi kimi gəlir,  bir neçə məktəbdə (cəmi 7000 nüsxə) yayılma arealına   görə müvafiq  qurumları  asıb-kəsənlər, bu faktı yüz dəfələrlə daha geniş məkanda yayır, bundan sanki zövq alırlar. Başa düşə bilmədim.

İkincisi, bədnam qonşularımızın mentalitetini ən azı biz azərbaycanlılar daha yaxşı bilmirikmi? Onların nəyi həqiqidir ki, adları da özününkü olsun! Lavaşdan, dolmadan tutmuş Üzeyir bəyin operalarınadək onlar iddia etmirmi? O zaman biz bügünki Ermənistanın bütün  oğurladığı  adları(toponimləri, oykonimləri, hidronimləri, etnonimləri və sair)  onlaramı aid edək? Bəs, o zaman İrəvanı, Gümrünü, Göycəni,  Ağrı dağı  və yüzlərlə yer-yurd adlarını kimin tarixinə(oxu-adına) yazaq. Onlarınmı? Hansı azərbaycanlı bilmir ki, Yerevan erməni adı deyil, İrəvan xanlığının yaradıcısı Rəvanqulu xanın adından götürülüb. Bu adı ermənilər Erebuni kimi özününkiləşdiriblər.  Bu cür misalları yüzlərlə gətirmək olar.

Hörmətli cənablar, biz bilirikmi ki, bir çox tarixi xəritələrdə  rast gəlinən misal üçün Armenia adı heç də bügünki bədnam qonşularımızın tarixi mirası deyil.  Özü də qətiyyən deyil. Bunu əlahəzrət tarix deyir. O ki qaldı, yanlış olaraq “Böyük Ermənistan” sərsəmlənməsinə. Burada ümumiyyətlə, olmayan addan populist don geydirməklə istifadə etmək doğru deyil.

Əgər onlar, yəni hayklar bizim iki yüz, yüz, 25 il bundan əvvəlki yer-yurd adlarımızı özünükləşdiriblərsə, tarixin xəritəsində işarəsini dəyişiblərsə, çırpışdırıblarsa 2500 il bundan əvvəlki toponimlərin üzərində bunu etmək nə qədər çətin bir şeydir? O zaman biz indiki Ermənistan coğrafiyasını da qədim erməni mirası kimi təqdim edək?

Diqqətli oxucu, internet axtarışında haykların (üzdəniraq qonşularımızın əsl adı)  necə Armenia adına sahibləndiklərinə dair onlarla tədqiqat materialları ilə tanış ola bilərlər. Lap elə azərbaycanlı müəlliflər, Rövşən Mustafayev, Firudin Ağasıoğlu və başqalarının  əsərlərində bununla bağlı tarixi dəlillər onlarladır. Əslində bu fakt bizə bədnam qonşularımzın iç üzünü açan daha bir faktoloji material kimi bir daha imkan verir ki, haykların oğurluğu qədim dövrlərə qədər gedib çıxır.

Urapatriotizm  gün olaraq da, mahiyyət olaraq da keçəri bir şeydir. Ancaq qara qışqırıq, ay-haray və bir də ritual qurbanlıq həvəsi ilə gəlib gedir və həqiqət payı Biləcərini aşmır. Ancaq idrakı ilə dərk olunan tarix şüuru  daha qalıcıdır, “Tarixin mənası və təyinatı” əsərinin müəllifi alman filosofu  Karl Yaspersin dediyi kimi,  “Keçmişin kabusunun unudulmasına heç bir vəchlə yol vermək olmaz. Keçmişi daim xatırlatmaq lazımdır. Keçmiş baş verib və onun təkrarlanması ehtimalı hələ də qalmaqdadır. Yalnız biliklər bu təkrarlanmanın qarşısını ala bilər. Təhlükəli məqam isə keçmiş haqqında bilgi almaq istəməmək, onu unutmağa cəhd göstərmək və bütün bunların həqiqətən baş verdiyinə inanmamaqdır”.

Картинки по запросу Müstəqil yazar Seymur Verdizadə

Müstəqil yazar Seymur Verdizadə: “Sağlam tənqid inkişafın rəhnidir. Hər bir dövlət qurumu, o cümlədən, Təhsil Nazirliyi tənqidə açıq olmalı, cəmiyyətin səsini eşitməli, ağıllı, səmərəli təklifləri nəzərə almalıdır. Amma tənqid edən şəxs də obyektiv olmalı, içindəki qərəzi, kini boğmalı, ümumi prosesə zərbə vurmamalıdır. Çox uzağa getməyək, 10-cu siniflərin “Tarix” dərsliyi ilə bağlı qalmaqal hələ də davam edir. Hansı ki, nazirlik məsələyə rəsmi münasibət bildirdi, başıbəlalı dərslik orta məktəblərdən yığışdırıldı, “Şərq-Qərb” nəşriyyatı yeni dərslik çap edib məktəblilərin ixtiyarına verdi. Sözsüz ki, bu, Azərbaycan cəmiyyətinin həssas reaksiyası sayəsində mümkün oldu. Mən cəmiyyətimizi həmişə belə həssas, ayaq üstə görmək istəyirəm. Problem həll olunduğu üçün bu məsələni qapatmağın vaxtı çatmayıbmı? Təhsili, təhsil müəssisələrini linç etmək bizə nə verəcək?”

Musavat.com