ATV kanalına qarşı-İTTİHAM

Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov “Azad Azərbaycan” (ATV) telekanalının keçmiş rəhbəri Vüqar Qaradağlı və həmin telekanalın aparıcısı Zaur Baxşəliyev haqqında şok ittihamlar səsləndirib.

R.Mahmudov açıqlamasında bildirib ki, Vüqar Qaradağlı rəhbərlik etdiyi dövrdə ATV-ni əxlaqsızlıq məkanına çevirib: “Mən hər zaman demişəm ki, Azərbaycan efirində biabırçılıqları yaradan və cəmiyyəti bədbəxt edən ATV telekanalı olub. Vüqar Qaradağlı telekanalı əxlaqsızlıq məkanına çevirmişdi. Axı Vüqar Qaradağlı haranın əclafıdır ki, efiri gic-gic verilişlərlə doldurmuşdu? Ağlına gələni, özü üçün məqbul bildiyi şeyləri efirə verirdi. Vüqar Qaradağlıdan yüzü ola, yenə Aydın Qaradağlı ola bilməz. Baxmayaraq ki, onun atası olub. Ancaq Aydın Qaradağlı əxlaqlı, mənəviyyatlı insan olub. Vüqar Qaradağlı Azərbaycanı biabır edib. İndi də cəzasını alır”.

R.Mahmudov tanınmış teleaparıcı Zaur Baxşəliyevi də tənqid edib:

“ATV-də bir aparıcı var idi, adı da Zaur Baxşəliyevdir. Bir dəfə Zaur Baxşaliyev verilişdə arvadla əri oturdub, onların yanında isə “kirayəkeş”ini əyləşdirib. Görün vəziyyət hansı həddə çatmışdı ki, efirdə həmin “kirayəkeş” əclaf arvadın doğma ərinə deyirdi ki, sənin dörd oğlunun biri məndən olan uşaqdır. Sonra da Zaur Baxşəliyev arvaddan soruşur ki, sən bu adamla da yaşamısan? O da deyir ki, bəli yaşamışam. Arvadın ərindən də soruşur ki, bu xanımı qəbul edirsən? O da deyir ki, qəbul edirəm. Mən də bütün bunları görəndən sonra dərhal Vüqar Qaradağlının kabinetinə girib, üzünə tüpürdüm. Dedim ki, ay Vüqar Qaradağlı, sənin bu millətə niyə yazığın gəlmir? Axı nə üçün bu qədər fahişəliyi, əxlaqsızlığı təbliğ edirsiniz? Niyə Azərbaycan xalqının mənəviyyatını pozursunuz? Belə veriliş olarmı? Bu sözləri deyəndən sonra, qapını Vüqar Qaradağlının üzünə örtüb çıxdım. Heç dəvət olunduğum verilişə də girmədim”.  Ölkə.az

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi