Quduz küçə itlərinin hücumundan NECƏ  qorunaq..

Bu günlərdə Bakı sakinlərinin qorxulu röyası sahibsiz itlərdir. Böyük əksəriyyəti quduz olan bu itlərdən qorunmağın yollarını isə çoxumuz bilmirik. Xüsusən də uşaqlar bu məsələdə çox çarəsiz durumdadılar. Qısa müddət öncə quduz itlərin hücumuna məruz qalıb, dünyasını dəyişən uşaq barədə yazmışdıq. Bu baxımdan indi həm uşaqlar, həm valideynlər üçün sahibsiz itlər potensial təhlükə mənbəyidir.

Musavat.com xarici mediaya istinadən sahibsiz, küçə itlərindən qorunmağın yollarını oxucuların nəzərinə çatdırır.

Öncə ondan başlayaq ki, it və digər heyvanlar qorxunu hiss edirlər. Sizə doğru hürən və mırıldayan hirsli bir it görəndə çətin də olsa, sakitləşməyə çalışın. Əgər qışqırıb qollarınızı sallasanız və ya qaçmağa çalışsanız, bu, itin sizi ov kimi görməsinə və sizə hücum etməsinə səbəb ola bilər.

Qaçdığınız zaman quduz bir itlə qarşılaşmısızsa, addımlarınızı yavaşladın. İt olan yerdən əks tərəfə doğru yavaşca gedərək, gözünüzün ucu ilə də ona nəzarət edin.

Qollarınızı iki tərəfdə bədəninizə birləşik tutaraq dik şəkildə dayanmanız itin sizə olan diqqətinin itməsinə səbəb olacaq.

İtin gözünün içinə baxmaq təhdid olaraq qəbul edilir və bu, onun sizə hücum etməsi üçün bir səbəb ola bilər. İti nəzərinizdən qaçırmadan göz təmasından qaçın. Təhdid olaraq qəbul etməyəcəyi üçün uzaqlaşıb gedəcək.

İtin diqqətini yayındırmaq həmin məqamda ata biləcəyiniz ən strateji addımdır. Belə ki, əgər yanınızda yeməli bir şey varsa, əla olar. Amma yoxdursa, qabağına ayaqqabı, şüşə və ya bel çantası kimi çeynəyə biləcəyi bir şey ata bilərsiniz. Bu, itin başını qatıb, aradan çıxmaq üçün sizə vaxt qazandıracaq.

Əgər it aqressiv davranmağa davam edirsə, göz təması qurmadan üzləşin. Getməsi üçün komanda verin. Səs tonunuza diqqət edin – səsinizin tonu güclü və özündən əmin olmalıdır. İtlər çox cır səslərdən xoşlanmırlar.

Ən təsirli komandalar isə “Xeyr” və “Geri çəkil, get”  sayılır. Sərt bir səs tonunda, içində şiddət elementləri olmadan bu komandanı versəniz, it bunu anlayacaq.

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib