Milli Şuranın ölkədə dini qarşıdurma yaratmaq cəhdi

Hər zaman siyasi mübarizədən ehtiyat edib seçkilərə qatılmaqdan yayınan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli 11 aprel prezident seçkiləri ərəfəsində də öz “ənənəsinə” sadiq qaldı. Seçkini boykot qərarı verən AXCP sədri və onun yaxın ətrafı, eləcə də Milli Şura adlanan qurum düşünürdü ki, onların boykot qərarı istədikləri effekti verəcək və beynəlxalq təşkilatlar, Qərb dövlətləri əvvəlcədən Azərbaycanda keçiriləcək prezident seçkilərinin legitimliyini tanımayacaqlar. Ancaq radikalların boykot taktikası onlar üçün heç bir müsbət nəticə vermədiyindən hər zamankı kimi alternativ variantlar işə düşdü. Bu isə Milli Şurada təmsil olunanların hər zaman Azərbaycana gətirmək istədikləri xaos, anarxiya idi. Artıq xeyli müddətdir ki, Əli Kərimli və onun yaxın ətrafının, həmçinin Milli Şura adlanan qurumun bu istiqamətdə hərəkətə keçdiyi müşahidə edilirdi. Elə bu ilin yanvarında Şəhidlər Xiyabanını ziyarət zamanl Kərimlinin süni şəkildə şou və gərginlik yaratmaq cəhdi, həmçinin Xocalı faciəsinin ildönümündə ərazidə təhlükəsizliyi təmin edən şəxsləri təxribata çəkmək istəyi bunun bunların bir cücərtisi idi. Ardınca isə Milli Şura adlanan qurumun paytaxtda təşkil etdiyi bir neçə etiraz aksiyası da məhz seçki ərəfəsində cəmiyyətdə gərginlik yaratmaq, ölkədə xaos, anarxiyaya yol açmağa hesablanmışdı. Lakin Azərbaycan cəmiyyətinin hər zaman olduğu kimi son etiraz aksiyalarında da Əli Kərimli və onun yaxın ətrafını dəstəkləməməsi radikalların “lideri”ni 5 il bundan əvvəl yararlanmağa çalışdığı metoddan istifadəyə şirnikləşdirib. Bu da ölkədəki radikal dindardan istifadə etmək, onları öz tərəfinə çəkmək cəhdidir. Hər halda bu günlərdə Milli Şura adlanan qurum və ölkədəki radikal dindarların bir araya gələrək vahid koordinasiya şurası yaratması belə deməyə əsas verir.

Siyasi və dini radikal düşərgənin xüsusilə Milli Şura adlanan qurumun martın 31-nə təyin etdiyi mitinq zamanı bir araya gəlməsi və koordinasiya şurası adlanan qurumda birləşməsi kifayət qədər təhlükəli tendensiyalardan xəbər verir. Ümumiyyətlə, radikal siyasi düşərgənin, əsas etibarilə də Milli Şurada təmsil olunanların Azərbaycanda dini zəmində qarşıdurma yaratmaq istəkləri yeni deyil və bu qüvvələr zaman-zaman radikal dindarlardan öz məqsədləri üçün istifadə etməyə çalışıblar. İstər 2013-cü ilin prezident seçkiləri zamanı, istər konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə bağlı keçirilən ümumxalq səsverməsi-referendum- ərəfəsində Milli Şura radikal dini qruplaşmalar və fərdlərlə yaxınlaşaraq onların əli ilə ölkədə gərginlik yaratmaq, Azərbaycanı İraqın, Suriyanın taleyinə çevrimək barədə planlar qurmuşdu. Lakin son anda xaricdəki antiAzərbaycan şəbəkənin sifarişinin dəyişməsi ölkəmizi belə bir təhlükədən uzaqlaşdırdı. Ancaq hazırda həm xaricdəki sifarişçilər, həm də daxildəki dövlətçilik, Azərbaycan dövlətinin düşmənləri deyəsən ölkəmizdə xaos, anarxiya yaratmaq istəklərində israrlıdırlar. Əks təqdirdə Milli Şuranın 31 mart mitinqinə az bir müddət qalmış sözügedən qurumıla radikal dindarlar bir araya gələrək korrdinasiya mərkəzi yaratmazdılar. Siyasi və dini radikal təbəqənin yaratmış olduğu koordinasiya mərkəzinin qarşısına isə ilkin mərhələdə bunlar qoyulub.

Birincisi, 31 mart aksiyasında dövlətçilik əleyhinə şüarlar səsləndirmək, mümkün qədər qarşıdurma yaratmaq və polisi təxribata çəkmək. Bununla da paytaxtda süni gərginlik, xaos yaratmaq. Elə sözügedən koordinasiya mərkəzinin yaradılması zamanı məhz qeyd etdiyimiz məsələnin müzakirə olunduğu və ortaq razılıq əldə edildiyi bildirilir. Məlumata görə, elə həmin aksiyada cihada çağırış və hakimiyyətə itaətsizlik nümayiş etdirmək kimi fikirlər də səslənəcək.

İkincisi, Azərbaycanda guya dindarların sıxışdırılması barədə fikir formalaşdırmaq və həmin fikri mümkün olduğu qədər daha çox tirajlamaq. Təsadüfi deyil ki, artıq radikallar sosial şəbəkələrdə bir neçə gündür ki, bu kimi sərsəm, əsassız açıqlamalar verir, həqiqətə uyğun olmayan fikirlər səsləndirirlər. Xüsusilə, bu kimi böhtan dolu açıqlamalar İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri ərəfəsində daha çox tirajlanmağa başlanmışdı. Və güman edilirdi ki, İslam Respublikasının prezidenti dolayı yolla da olsa bu məsələyə toxunmaqla əslində radikal dindarlara dəstək nümayiş etdirəcək. Amma Milli Şura adlanan qurum, xüsusilə də Əli Kərimli 2013-cü ildəki kimi bu dəfə də xəyaq qırılqlığına uğradı. Əgər 2013-cü ildə Milli Şura Rusiyanın layihəsi əsasında hakimiyyətə gəlməyi düşünrdüsə, bu dəfə din faktorunu işə salaraq İrandan dəstək qazanmağa çalışır. Ancaq görünən odur ki nəticə heç də Milli Şuradakıların arzusuna adekvat deyil. Necə ki, 2013-cü ildə Rusiya prezidenti Vladimir Putin seçkiyə bir neçə ay qalmış Bakıya gələrək Milli Şura adlı layihəni alt-üst etdi, indi də cənub qonşumuzun dövlət başçısı Azərbaycana təşrif buyuraraq bir növ ölkəmizdə dini zəmində hər hansı bir qarşıdurma cəhdlərinin mümkünlüyünü arzuedilən olmadığını vurğuladı. Həsən Ruhaninin Bakıda keçirdiyi görüşlərdə cüsusi vurğuladı məqam ondan ibarət idi ki, Azərbaycanın təhlükəsizliyi Iran üçün də vacibdir. İran prezidenti açıq şəkildə bildirdi ki,Azərbaycanın təhlükəsizliyi bizim təhlükəsizliyimiz, Azərbaycanın inkişafı bizim inkişafımızdır.

Göründüyü kimi radikal siyasi və dini düşərgənin istəklərinə heç də adekvat reaksiya yoxdur. Və bu da onu deməyə əsas verir ki, Milli Şura adlanan qurum və onun radikal dini qanadı bu dəfə də öz istəyinə nail olmayacaq. Çünki ölkənin sivil siyasi və dini kəsimi bu kimi pozuculuq hallarını qətiyyətlə pisləyir, onu yaxına buraxmır. Elə bu dəfə də eyni proseslər təkrar olunacaq. Və Azərbaycan cəmiyyəti ölkədə xaos, anarxiya yaratmaq istəyənlərə öz layiqli yerini göstərəcək.Olaylar.az