Ermənistandan gedən yezidi kürdlər Afrindəki türk ordusuna qarşı

Türkiyədə Uydurma Erməni İddialarına qarşı Mübarizə Dərnəyi (ASİMDER) adlı təşkilatın rəhbəri, ermənilərin uydurma soyqırım iddialarına qarşı elə onların öz taktikası ilə yorulmadan mübarizə aparan Göksəl Gülbey daha bir sensasion iddia ilə çıxış edib.
Türkiyə mətbuatının məlumatına görə, ASİMDER başqanı Türkiyə ordusuna qarşı Suriyanın Afrin bölgəsində PYD/YPG yaraqlıları ilə birlikdə Ermənistandan gedən yezidi kürdlərinin də döyüşdüyünü bildirib.
Gülbeyin sözlərinə görə hər zaman terror təşkilatları ilə işbirliyi içərisində olan Ermənistan vaxtilə Suriyadan yezidi kürdləri və erməniləri daşıyıb Qarabağda yerləşdirmişdi. Digər tərəfdən Azərbaycanın işğal altındakı Qarabağ bölgəsində yaradılmış 12 təlim düşərgəsində PKK və onun İran qolu olan PJAK-ın 1750 yaraqlısı təlim keçirdi. ASİMDER başqanı iddia edir ki, Qarabağdakı PKK/PJAK mənsubları İran və İraq üzərindən Suriyanın Qamışlı bölgəsinə keçməyə başlayıb. Qamışlıda toplanan PKK-çılar mülki geyimdə və silahsız olaraq oradan Menbiçə, bir qismi isə Afrin bölgəsinə gediblər.
“Onlar ABŞ-ın göndərdiyi silahları alaraq Türkiyə ordusuna qarşı döyüşməyə başlayacaqlar. Suriya erməniləri 1990-cı illərin əvvəllərində Qarabağa gedərək azərbaycanlılara qarşı soyqırımda iştirak ediblər. İndi onlar uydurma erməni soyqırımının qisasını Afrində türk ordusundan almaq üçün döyüşə girirlər”-Gülbey deyib.
Xatırladaq ki, ASİMDER başqanı bundan əvvəl də dəfələrlə Qarabağdakı PKK düşərgələri və yaraqlıları haqda danışıb, konkret adlar və rəqəmlər istifadə edib.
  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    One thought on “Ermənistandan gedən yezidi kürdlər Afrindəki türk ordusuna qarşı

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi