Bakı növbəti Formula-1 yarışlarına hazırlaşır

“Gənc sürücülər üçün möhtəşəm bir an olacaq – onlar öz kumirlərinin yanında dura biləcək”

Bakı növbəti Formula -1 yarışlarına ev sahibliyi etməyə hazırlaşır. Aprelin 27-29-da  keçirilməsi planlaşdırılan Formula-1 Azərbaycan Qran-Prisi  artıq ard-arda olmaqla Bakıda üçüncü dəfə keçiriləcək.

“Yeni Müsavat”a bildirilib ki, Bakı Şəhər Halqası yarışa tam gücü ilə hazırlaşır. Hər il olduğu kimi bu il də Bakı şəhərində keçiriləcək yarışı izləmək və işıqlandırmaq üçün həm yerli, həm xarici media nümayəndələri qeydiyyatdan keçiblər. Jurnalistlərin qeydiyyat prosesi isə fevralın 5-də yekunlaşıb. Məlumatlara görə, bu il Formula-1 yarışlarının təşkilində bəzi dəyişikliklər də olacaq.  Verilən rəsmi məlumatlarda qeyd olunub ki, yarış bu il aprel ayında keçiriləcəyi üçün əyləncə proqramında dəyişiklik olunub. Belə ki, aprel ayı olduğundan havanın temperaturu nəzərə alınaraq konsert proqramları qapalı ərazidə keçiriləcək.

Bundan başqa, Formula-1 rəhbərliyi yeni mövsümdən yarışlardan əvvəl startda keçirilən tədbirlərin də formatını dəyişib. Bundan sonra yarışda starta qızlar deyil, uşaqlar çıxacaq.  Uşaqlar avto-idman klublarının iştirakçıları arasından seçiləcək, dəvətnamələr lotereya şəklində oynanılacaq və ən yaxşı nəticə göstərən gənc sürücülərə paylanacaq. Dəvətnamə sahibləri  yarışdan əvvəl start zolağına çıxa biləcək.

“Gənc sürücülər üçün möhtəşəm bir an olacaq: təsəvvür edin ki, onlar öz kumirlərinin yanında dura biləcək, yarışa hazırlıq prosesi ilə tanış olacaq, startdan əvvəl olan dəyərli dəqiqələrdə avtopilotların yanında olacaq”, – deyə FİA rəsmi saytında Formula-1 kommersiya direktoru Şon Bratçesdən sitat gətirilib. Hesab olunur ki, qızların starta dəvət olunması təcrübəsi müasir sosial normalara ziddir.

Ekspertlər hesab edirlər ki, bu il Azərbaycanın yarışmadan götürəcəyi maddi xeyir daha çox olacaq. Bildirilir ki, əvvəla, artıq bu yarışların həvəskarları ötən ildən Bakı ilə tanışdırlar və yarışmanı izləmək üçün gələn turistlər öz ölkələrində ətraflarına müəyyən məlumatlar veriblər. Bunun nəticəsində bu il yarışları izləmək üçün daha çox turistin gəlməsi gözlənilir. Bundan əlavə isə  Bakı küçələrində də artıq yarışma üçün nəzərdə tutulan yollar çəkilib, avadanlıqlar da ötən illərdən etibarən alınıb, hazır saxlanılıb.

“Yeni Müsavat”ın əməkdaşı Formula-1 yarışının keçirildiyi Bakı küçələrində olub, hazırlıq prosesi ilə də tanış olub. Müşahidə etdik ki,  yarışmanın keçirildiyi küçələrin bəzilərində beton sədlər quraşdırılıb. Məsələn, artıq “İstiqlaliyyət” küçəsinin bir hissəsində, Qoşa Qala qapılarının önündə, “Neftçilər” prospektində beton sədlər 10 günə yaxındır ki, qurşadılıb. Lakin bu küçələrdə beton sədlərin üzərinə vurulan dəmir qoruyucular, hələ ki bərkidilməyib. Metronun “Sahil” stansiyasının çıxışı istiqamətində isə artıq dəmir sədlər də qurulub və Formula-1 yarışları üçün tam hazırlıq həyata keçirilib.

Onu da qeyd edək ki, tədbir həftənin son 3 gününə salınıb.

Yarışlara 2 aydan bir qədər artıq vaxt qalıb və hazırlıq işləri davam etdirilir. Onu da qeyd edək ki, Azərbaycan müqaviləyə uyğun olaraq bu yarışmadan 5 il imtina edə bilməz.  Artıq bu 5 ilin 2 ili geridə qalıb. Əgər imtina olunarsa, bunun müqabilində 100 milyona yaxın cərimə ödənilməlidir.

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi