40 yaşayış məntəqəsi azad edildi – “Zeytun budağı” çərçivəsində
Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi “Zeytun budağı” antiterror əməliyyatı çərçivəsində 40 yaşayış məntəqəsi azad olunub. Həmçinin 12 adsız strateji yüksəklik ələ keçirilib.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.