Fazil Məmmədovun kreslosunu itirməyinin səbəblərı

Prezident İlham Əliyevin sərəncamı ilə vergilər naziri Fazil Məmmədov tutduğu vəzifədən azad edilib. Prezidentin digər sərəncamları əsasında təhsil naziri Mikayıl Cabbarov da tutduğu vəzifədən azad olunaraq vergilər naziri təyin edilib.

Qeyd edək ki, F.Məmmədovun vəzifəsindən azad olunacağına dair məlumatlar son 2 ildə çox tez-tez mətbuat gündəminə gətirilib. Bunun bir səbəbi kimi MTN işi çərçivəsində istintaqın bir ucunun vergilər naziri və onun müavinlərinə gedib çıxdığı göstərilirdi. Bu zaman sahibkarların maliyyə göstəricilərinin MTN çetesinə çatdırılmasında vergi rəhbərliyinin rolu məsələsinin araşdırıldığı da qeyd olunurdu. Hətta F.Məmmədovun da sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov kimi Eldar Mahmudova aylıq haqq ödədiyi bildirilirdi. E.Mahmudov vəzifədən alınandan sonra hətta F.Məmmədovun bir müddət işə çıxmadığı da mətbuatda yer alan məlumatlardandır.

F.Məmmədovun vəzifəsini itirməsinin daha bir səbəbi sahibkarların son vaxtlar getdikcə güclənən narazılığı da ola bilər. Xatırladaq ki, prezidentin təşəbbüsü ilə sahibkarlıq subyektlərinin yoxlamaları dayandırılıb. Bu zaman yalnız vergi yoxlamalarına icazə verilib. Vergi orqanları isə bu statusdan ifrat səviyyədə istifadə etməkdəydilər. Bir müddət öncə “Yeni Müsavat” olaraq sahibkarların redkasiyamıza müraciətləri əsasında bir materialla da çıxış etmişdik. Sahibkarlar vergi əməkdaşlarının onlara bütün digər yoxlamalardan daha çox “zərər” vurduğunu qeyd edirdilər.

F.Məmmədovun son illərdə vergi orqanlarında həyata keçirdiyi saysız-hesabsız kadr dəyişikliklərinin də böyük narazılıq doğurduğu bildirilir. Belə ki, bu dəyişikliklərə rəğmən, mahiyyət etibarı ilə heç nə dəyişməyib. Vergi orqanı ilə sahibkar münasibətləri, sahibkarlıq subyektlərilə iş prinsipləri və ümumilikdə dövlət-sahibkar münasibətlərində müasir dövrün tələblərinə uyğun hər hansı ciddi addım müşahidə etmək olmur.

Bundan əlavə, vergi orqanlarında ciddi şəkildə peşəkar kadrların çatışmazlığı da açıq hiss olunur.

Bütün bunların yekunu olaraq F.Məmmədovun vəzifədən alınmasına qərar verilib. Maraqlıdır ki, prezidentin bununla bağlı sərəncamı elan olunan gün F.Məmmədovun nazirlikdə geniş kollegiya iclası keçirməsinə dair məlumat da yayılmışdı. İclasda əsas müzakirə mövzusu vergi orqanlarının dövlət büdcəsi proqnozlarına vaxtında əməl olunması üçün səfərbər edilməsi olub.

M.Cabbarovun vergilər naziri postuna gətirilməsi isə ictimaiyyət üçün bir qədər gözlənilməz təyinat sayıla bilər. Çünki son vaxtlar təhsil sistemindəki nöqsanlarla bağlı məlumatlar da artmaqdaydır. Digər tərəfdən, M.Cabbarovun vergi sahəsində nə qədər məlumatlı olduğu da ictimaiyyətə məlum deyil. Amma tərcümeyi-halından görünür ki, M.Cabbarovun iqtisadi blokda iş təcrübəsi var. Belə ki, o, 2002-2003-cü illərdə keçmiş İqtisadi İnkişaf Nazirliyində nazir müşaviri, 2003-2004-cü illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2004-cü ilin fevralında iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin edilib. Həmin vəzifədə işlədiyi dövrdə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq, xarici iqtisadi əlaqələr, xarici investisiya siyasəti, beynəlxalq arbitrajlarda hüquqi məsələlər və korporativ idarəetmə kimi fəaliyyətlərin əlaqələndirilməsini həyata keçirib.

2009-cu ilin martında prezidentin sərəncamı ilə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi, 2013-cü ildə isə təhsil naziri vəzifəsinə təyin olunub.

Musavat.com

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi