Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb.

Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub.

Nəşr yazıb ki, bu ilin sentyabr ayında Adnan Əhmədzadə Bodrumda Vahid Ələkbərovun “Genesis” yaxtasında “Lukoil” şirkətinin təsisçisinin ad günü mərasimində iştirak edib.

108 milyonluq yaxta niyə Adnan Əhmədzadənin adına qeydiyyatdan keçirilib?

Bundan əlavə, Əhmədzadə Ələkbərovla koordinasiyalı şəkildə 108 milyon dollarlıq “Galactica Super Nova” superyaxtasını öz adına qeydiyyatdan keçirməkdə şübhəli bilinir.

Nəşrin yazdığına görə sözügedən yaxta müsadirə olunmasının qarşısını almaq üçün Aralıq dənizindəki limanlardan birində gizlədilib:

“Lukoil şirkətinin həmtəsisçisi, milyarder Vahid Ələkbərov, çox güman ki, 70 metrlik superyaxtası olan “Galactica Super Nova”nı satıb və “Genesis” adlı yeni 80 metrlik yaxta alıb. “Galactica Super Nova” yaxtasının mülkiyyəti ötən il dəyişib. Bu ilin yayına qədər gəmi Ələkbərova məxsus olduğu bildirilən Malta şirkəti Nova 70 LTD-nin adına qeydiyyatda olub.

Lakin Dəniz Portalının məlumatına görə, 11 iyulda yaxta Marşal Adalarında qeydiyyatdan keçmiş dəniz şirkəti olan “Six Star Shipping LTD”yə verilib. İki ay sonra yaxtanın adı dəyişdirilib. Daha sonra azərbaycanlı iş adamı Adnan Əhmədzadənin adına qeydiyyatdan keçirilib”, – deyə “VÇK-OQPU”nun araşdırmasında qeyd olunub.

Britaniya vətəndaşlığının arxasındakı gizli əməkdaşlıq
Nəşr Adnan Əhmədzadənin Vahid Ələkbərovun aktivlərini sanksiyalardan gizlətmək üçün Böyük Britaniya vətəndaşlığı aldığını yazıb:

“Böyük Britaniya tərəfindən sanksiya tətbiq edilən aktiv – 100 milyon dollarlıq superyaxta – Britaniya vətəndaşının (Adnan Əhmədzadə) adına qeydiyyata alınıb və sonradan Aralıq dənizində beynəlxalq izləmə sistemlərindən (GPS deaktivasiyası vasitəsilə) yoxa çıxıb”.

Bundan əlavə, Adnan Əhmədzadənin uzun illər Rusiya neftini saxta sertifikatlarla dünya bazarına çıxardığı ilə bağlı məqamlar da üzə çıxıb.
Sözügedən səbəblərə görə, Adnan Əhmədzadə Britaniya vətəndaşlığından Ələkbərovun aktivlərini qanuni şəkildə gizlətməkdə və Lukoil, Tatneft, Sibur, Surqutneftegaz və digər Rusiya neft şirkətləri üçün neft ticarətini asanlaşdırmaq məqsədilə istifadə etməkdə ittiham olunur”.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur. Sentyabrın 20-də Səbail rayon məhkəməsinin qərarı ilə Adnan Əhmədzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Əhmədzadənin həbsi ölkə qanunlarını kobud şəkildə pozaraq “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması ilə əlaqələndirilir. Bu əməl Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib