“Hizbullah”ın bölmə komandiri Livanda öldürüldü
“Hizbullah”ın bölmə komandiri Livanın cənubunda İsrail hücumu nəticəsində öldürülüb.
Bu barədə “Reuters” agentliyi təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
Xatırladaq ki, ötən gün İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail “Hizbullah”la münaqişəni sülh yolu ilə həll etməyə hazırdır, əks təqdirdə digər üsullarla hərəkət edəcək.
Qeyd edək ki, bir qədər əvvəl İsrailin sabiq müdafiə naziri Benni Qantz da bənzər açıqlama verib. O, İsrailin lazım gələrsə, “Hizbullah”la hərbi toqquşmaya girə biləcəyini istisna etməyib.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP