Yeni casus proqramı aşkar edildi

Hər bir istifadəçi internetdə “rəqəmsal izlər” buraxır və həmin rəqəmsal izlər əsasında ona hədəflənmiş reklamlar sərgilənir. Reklam şəbəkələrinin özləri istifadəçilərin məlumatlarını paylaşmırlar. Lakin şirkətlər və hökumətlər bu və ya digər istifadəçini identifikasiya edərək onun internetdəki aktivliyini və hərəkətlərini izləyə bilirlər. Casusluq məqsədi daşıyan proqram təminatları bu məsələdə daha da irəli gedirlər. Belə ki, bu cür proqram təminatlarının istifadəçisi öz qurbanının cihazında zənglər, mesajlar, elektron poçt ünvanındakı məktublar da daxil olmaqla istənilən hər bir şeyi görə və cihaz üzərində idarəetməni əldə keçirə bilir. İsrailin Insanet adlı texnoloji şirkəti casusluq məqsədli proqram təminatı yaradıb.

Yaradılmış proqram təminatı Sherlock adını əldə edib. Sözügedən proqram təminatı casusluq prosesini online reklamlar vasitəsilə reallaşdırır. Belə ki, o, hədəflənmiş bəzi reklam elanlarını troyanlara (tojan) çevirir. Məlumatda qeyd edilib ki, Sherlock Windows kompüterləri, Android smartfonları, iPhone-ların sistemlərinə daxil ola bilir. Casusluq məqsədli bu yeni proqram təminatının imkanları hələ analiz edilir. Lakin artıq indidən dəqiq şəkildə məlumdur ki, Sherlock cihazların sistemlərinə daxil ola, sistemlərin monitorinqini reallaşdıra, məlumatları əldə edə və ötürə bilir. Bu cür proqram təminatından qorunma üsulu isə hələ mövcud deyil. Qeyd etmək lazımdır ki, bu, casusluq məqsədli ilk proqram təminatı deyil.

Məsələn iPhone-ların hack edilməsi üçün nəzərdə tutulmuş Pegasus tətbiqi iOS-dəki boşluqlardan istifadə edir. Həmin boşluqlar vasitəsilə Pegasus smartfonun sisteminə daxil ola bilir. Lakin Sherlock smartfon sistemindəki boşluqlardan deyil, reklam şəbəkələrinin istifadəsi ilə seçilir. Sherlock-dan istifadə edən dələduz öz qurbanının yerləşdiyi yerə və demoqrafik məlumatlarına hədəflənmiş reklam kampaniyasını yaradır və özündə casusluq məqsədli proqram təminatını birləşdirən reklam elanını yerləşdirir. Nəzərədə tutulmuş qurban dələduz tərəfindən yerləşdirilmiş reklam elanına baxan zaman proqram təminatı artıq qurbanın cihazına avtomatik şəkildə quraşdırılır. Reklam şəbəkələri artıq uzun illərdir ki, müxtəlif növ zərərli proqram təminatlarının yayılmaları üçün istifadə edilir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi