Asim Xudiyev “Qəbələ”nin oyununa təyinat alıb – MediaZona.Az
Çərşənbə, 14 Oktyabr 2026
Günün xəbəri, dəqiq məlumat--:--:--
Xəbər Zonası
Operativ • Dəqiq • Etibarlı
SON DƏQİQƏ
28.09.2023 12:33 · İdman, Manşet, Xəbər xətti

Asim Xudiyev “Qəbələ”nin oyununa təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti dəfə UEFA-dan təyinat alıb.

AFFA-nın rəsmi saytı  xəbər verir ki, o, UEFA Gənclər Liqasının I mərhələsində “Qəbələ” və Macarıstanın “Puşkas Akademiyası” klubu arasında keçiriləcək qarşılaşmanın hakim-inspektoru olacaq.

Qeyd edək ki, oktyabrın 4-də Qəbələ şəhər stadionunda təşkil olunacaq oyunu Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək. Saat 16:00-da start götürəcək qarşılaşmada dördüncü hakim funksiyasını isə Tural Qurbanov yerinə yetirəcək.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP