Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş jurnalistlərə qoyulan tələblər

“Media haqqında” qanunun qəbul edilməsi ilə vahid Media Reyestrinin yaradılması məsələsi təsdiqləndi. Platformada qeydiyyatla bağlı tələb edilən şərtlər media cameəsinin müzakirələrinə səbəb oldu. Bəzi media mənsubları tərəfindən ortaya atılan iddialara görə, vahid Media Reyestrində media fəaliyyəti ilə məşğul olan qeyri-jurnalist ixtisaslarını bitirmiş şəxslər qeydiyyatdan keçə bilməyəcəklər.

Medianın İnkişafı  Agentliyin Kommunikasiya və informasiya texnologiyaları departamentinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva ilk olaraq qeyd edib ki, Media Reyestrində qeydiyyatdan keçmək könüllüdür:

“Kim qeydiyyatdan keçəcəksə, onlara jurnalist vəsiqəsi veriləcək. Amma bu o demək deyil ki, reyestrdə olmayan və ya burada qeydiyyata görə verilən vəsiqəni daşımayan şəxs media fəaliyyəti ilə məşğul ola bilməz. Jurnalistlər hansı media orqanında işləyirsə, oranın təqdim etdiyi iş vəsiqəsi ilə media fəaliyyətini davam etdirə bilərlər.

“Media haqqında” qanunda tələblər var və bunlardan biri də ali təhsildir. Ali təhsili olmayan media fəaliyyəti ilə məşğul olan şəxslər reyestrdə qeydiyyatdan keçə bilməyəcəklər. Amma Media Reyestrində qeydiyyatdan keçənlərin sırf jurnalistikanı bitirməsi şərt deyil. Qeyri ixtisası bitirən şəxslər də jurnalistika fəaliyyəti ilə məşğuldursa, qanundan irəli gələn tələblərə cavab verirlərsə, Reyestrdə qeydiyyatdan keçə bilərlər”.

 

 

Qeyd edək ki, “Media haqqında” qanuna görə Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş jurnalistlər aşağıdakı tələblərə cavab verməlidir:

– ali təhsili olmalıdır;

– fəaliyyət qabiliyyətli olmalıdır;

– ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilməmiş olmalıdır;

– məhkumluğu ödənilmiş və ya götürülmüş olmalıdır;

– media subyekti ilə əmək müqaviləsi olmalıdır (fərdi olaraq müəllif hüquqları əsasında işləyən jurnalistlərin azı bir media subyekti ilə mülki hüquqi müqaviləsi olmalıdır);

– işlədiyi media subyekti Media Reyestrinə daxil edilmiş olmalıdır;

– işlədiyi media subyekti davamlı fəaliyyət göstərməlidir (müraciət tarixinə qədər fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla);

–  jurnalistlərin fəaliyyəti bu Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmalıdır;

–  işlədiyi çap mediası subyektinin fəaliyyətində yaranmış fasilə bu Qanunun 59.7-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq olmamalıdır;

–  jurnalistika sahəsi üzrə 3 (üç) ildən az olmayaraq iş stajı olmalı və ya elmi və pedaqoji təhsil müəssisələrində jurnalistika sahəsində 3 (üç ) ildən az olmayan müddətdə fəaliyyət göstərməlidir;

–  jurnalist kimi fəaliyyət göstərdiyi müddət ərzində peşə etikası (etik davranış) qaydalarına riayət etməlidir;

–  fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalist fərdi sahibkar kimi vergi uçotuna alınmış olmalıdır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP    

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib