Elmi-Tədqiqat Pediatriya İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konfrans öz işinə başlayıb

Bu gün “Hyatt Regency” otelində K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov konfrans iştirakçılarını salamlayıb, 90 illik yubiley münasibətilə tibb ocağının əməkdaşlarını təbrik edib. İnstitutun direktoru Nəsib Quliyev 90 il ərzində keçilən tarixi yol və ayrı-ayrı dövrlərdə inkişaf mərhələləri haqqında ətraflı məruzə edib.

Konfransa oktyabrın 7-də yekun vurulacaq.