“Cığır” tarixi romanının dövlət mükafatına layiq görülməsi üçün namizədliyi irəli sürülüb

Yazıçı-publisist Yunus Oğuzun “Cığır” tarixi romanının aktuallığı, gənclər arasında vətənpərvərliyin və 44 günlük Vətən müharibəsinin təbliğı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasının inkişafındakı əhəmiyyəti nəzərə alınaraq Dövlət mükafatına təqdim edilməsi üçün Azərbaycan Respublikasının Elm, Mədəniyyət və Ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasına namizədliyi irəli sürülüb. “Cığır” tarixi romanının Dövlət mükafatına layiq görülməsi üçün namizədliyinin irəli sürülməsi Azərbaycan Atatürk Mərkəzi tərəfindən məqsədəuyğun hesab edilib.

Xatırladaq ki, yazıçı-publisist Yunus Oğuzun Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş “Cığır” tarixi romanında Pənahəli xanın Şuşa qalasını inşa etməsi, Şuşa qalasına gedən cığırın tədqiq edilərək üzə çıxarılması, ermənilərin tarixin müxtəlif dövrlərində Şuşanı, eləcə də Şuşa qalasını ələ keçirmək üçün məkrli planlar qurması, eyni zamanda Qarabağın incisi sayılan Şuşa şəhərinin ermənilər tərəfindən işğal edilməsi hadisələri tarixi xronoloji ardıcılıqla verilib. Romanda yazıçı Aprel döyüşləri və 44 günlük Vətən müharibəsinə gedən yol, həmçinin ərazilərimizin Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilməsi kimi tarixi anlar, zəfər tarixi də geniş və ətraflı şəkildə oxuculara çatdırılıb. Əsərdə yazıçı Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqının mərd, mübariz, döyüşkən ruhunu ortaya qoyub və Ali Baş Komandan İlham Əliyev obrazını yaradaraq onun Müzəffər Ordusunun uğurlu əməliyyatı nəticəsində torpaqlarımızın işğaldan azad edildiyini diqqətə çatdırıb.

Qeyd edək ki, “Cığır” romanının Dövlət mükafatına namizədliyi qəbul edilib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP 

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib