“Azərbaycanda Avropa Şurası ilə bağlı ictimai rəy müsbət deyil”-  ŞƏRH

 

“1988-ci ildə Azərbaycanda baş verənlərə seyrçi mövqedə dayanan Avropa indi özü həmin hadisələrlə üz-üzə qalıb. O zaman Avropanın sərgilədiyi mövqe nəticəsində Dağlıq Qarabağdan başqa 7 rayonumuzun da işğal olunması ilə nəticələndi. Həmin dövrdən uzun illər keçməsinə baxmayaraq bu mövqe dəyişməz olaraq qalıb”. Bunu açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Onun sözlərinə görə, son baş verənlər bir daha göstərdi ki, qanunun aliliyi bütün məsələləri həllində əsas götürülməlidir.

Politoloq bildirib ki, zamanında güc tətbiq edilmədikdə sonradan hadisələrin qarşısını almaq çətin olur: “Artıq İraq o qədər zəifləyib ki, orada separatçılıq baş verir. Avropanın özündə də Kataloniyaya bənzər separatçı qüvvələr var. Onlar da öz dövlətlərindən çıxmaq arzusundadırlar. Əgər qəti şəkildə tədbir görülməsə, Avropa parçalanacaq. Demək olar ki, Avropada bundan sonrada 10-15 dövlət yarana bilər. Əgər Avropa bunu istəmirsə qanuna əməl etməlidir”.

F. Sadıqov qeyd edib ki, Azərbaycanda Avropa Şurası ilə bağlı ictimai rəy müsbət deyil: “Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə heç bir dəstək vermədi və buna heç ümid də yoxdu”. Sia.az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi