“AzəriLayt”ın bir barelinin qiyməti 59 dollara oldu
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barelinin qiyməti 0,04 dollar ucuzlaşaraq 50,75 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,01 dollar bahalaşaraq 57,01 dollar təşkil edib.
AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə 1,02 dollar bahalaşaraq 58,94 dollar olub.