Türk qırıcıları rus təyyarələrinə qarşı havaya qaldırıldı

Türkiyə Hərbi Hava Qüvvələrinə aid “F-16 Fighting Falcon” döyüş təyyarələri “Bahar qalxanı” hərəkatı bölgəsinə yaxınlaşan Rusiyanın döyüş təyyarələrinə qarşı havaya qalxıb.

 

Bildirilib ki, Rusiya Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri İdlibdəki türk əsgərlərinə yaxınlaşıb. Buna görə də türk qırıcıları havaya qalxıb və Türkiyə-Suriya sərhədi boyunca uçuşlar həyata keçirib. Rus qırıcılarının bölgəni tərk etməsindən sonra uçuşlar dayandırılıb.MediaZona.Az