Əsəd rejiminin 184 əsgəri zərərsizləşdirildi

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib şəhərində həyata keçirdiyi “Bahar qalxanı” əməliyyatı çərçivəsində son 24 saat ərzində Dəməşq rejiminin 184 əsgəri zərərsizləşdirilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi informasiya yayıb.

Məlumata görə, rejimin 4 tankı, 5 top və raketatıcısı, 3 tank əleyhinə silahı, 8 döyüş maşını, 2 pikapı, 2 zirehli döyüş maşını məhv edilib.MediaZona.Az