Əsəd rəsmi Ankara ilə danışıqlara hazır olduğunu açıqlayıb

Suriya hökuməti rəsmi Ankara ilə danışıqlara hazır olduğunu açıqlayıb.

Bu barədə Suriyanın İnformasiya Nazirliyinin məsləhətçisi Bəssam əbu Abdullah açıqlama verib.

O, Suriya hökumətinin danışıqlar üçün rəsmi Ankaraya iki təklifinin olduğunu bildirib: “Birincisi, terrorizmə son qoyaq, suriyalıların geri qayıtmasını təmin edək. İkincisi, İdlib məsələsini həll edək, PKK/PYD-yə qarşı birgə mübarizə aparaq”.

Əbu Abdullah Suriya ordusunun Türkiyəyə qarşı döyüşmədiyini bildirib, terrorizmə qarşı mübarizə apardığını deyib.

Türk mediası onun Suriya Prezdenti Bəşər Əsədin adına açıqlama verdiyini bildirib.

Qeyd edək ki, bu gün “Rusiya-24” kanalına müsahibə verən Bəşər Əsəd Suriyanın Türkiyəyə qarşı hər hansı düşmənçilik hərəkəti etmədiyini, suriyalılarla türklər arasında nikahlar, ümumi həyati maraqlar olduğunu bildirmiş və “aramızdakı fikir ayrılığı məntiqsizdir” deyə Türkiyəyə bir mesaj ötürmüşdü.MediaZona.Az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi