Ermənilər Şuşada böyük konsert keçirdi

Dünən- iyunun 28-də separatçı ermənilər Azərbaycanın işğal altındakı Şuşa şəhərində geniş konsert tədbiri təşkil edib.

Xankəndidəki separatçı nəşrlərin yaydığı məlumata görə, buna səbəb  erməni apostol kilsəsinin Qarabağ eparxiyasının bərpa edilməsinin 30 illiyi olub. Konsertdə  Fransa və Amerikadan gəlmiş tanınmış erməni əsilli müğənnilər də çıxış edib. Tədbirə qondarma rejimin başçısı Bako Saakyan, Qarabağın baş keşişi Parqev Marrtirosyan və digər separatçı məmurlar qatılıb.MediaZona.Az