Dmitri Medvedev: “Ayı saxlamaq olmaz”

Rusiyanın baş naziri Dmitri Medvedevin imzaladığı qərara görə, ölkə sakinləri daha evdə bir çox heyvanları saxlaya bilməyəcək. Bunların arasında ayı, şir, pələng, canavar, meymun və gürzə də var.

Qərarda müəyyən istisnalar nəzərdə tutulub. Birincisi, 2020-ci il yanvarın 1-nə qədər alınan heyvanıları evdə saxlamağa icazə verilir. İkincisi, heyvanları müalicə üçün saxlamaq qadağan deyil.

Qərarda yazılıb ki, iri yırtıcılar və zəhərli heyvanlar insanlara təhlükə yaradır. Bundan başqa, onların saxlanıldığı şərait təbii mühitdən fərqlənir. Heyvanların səhhəti ilə bağlı narahatlıq da ifadə olunub.

Ümumiyyətlə, qadağa siyahısında çox heyvan növünün adı var. Porsuqlar, kaftarlar, berber meymunları, mambalar, komod kərtənkələsi, kayman tısbağası da siyahıya düşüb. Quşlardan pinqvinlər, kivilər, şahinlər, bayquşlar, dəvəquşular insanlarla birlikdə yaşaya bilməyəcək. Balıqların bəzisini də saxlamaq olmaz.

Qərar heyvanxanalara, sirklərə, delfinariumlara, okeanariumlara aid deyil.MediaZona.Az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi