Yeni mobil nömrələr satışa çıxarılır

Yaxın zamanda Azərbaycanda yeni telefon nömrələri satışa çıxarılacaq. 

Azercell Telekom tərəfindən satışa çıxarılacaq yeni telefon nömrələri 010 prefiksi ilə başlayacaq.

Bildirilir ki, uzun illərdir, 050 və 051 prefiksləri ilə başlayan nömrələrin satışını həyata keçirən mobil operator tələbata uyğun olaraq yeni nömrələr istifadəyə verəcək. 010-la başlayacaq Azercell nömrələrinin qiyməti barədə hələki dəqiq məlumat yoxdur.MediaZona.Az