Azərbaycanda ilk dəfə mobil imza vasitəsilə memorandum imzalandı

Diasporla İş üzrə Dövlət Komitəsi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında anlaşma Memorandumu imzalanıb. İki dövlət qurumu arasında imzalanan anlaşma memorandumu Azərbaycanda ilk dəfə olaraq onlayn qaydada, mobil imza vasitəsi ilə həyata keçirilib.

İmzalanma mərasimindən öncə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov tədbir iştirakçılarını salamlayıb. O bildirib ki, imzalanan memorandum xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin gücləndirilməsi və ölkəmizin təbliği baxımından böyük əhəmiyyət kəsb edir. “Möhtərəm cənab Prezidentin göstərişi, Heydər Əliyev Fondunun dəstəyi ilə xaricdə yaşayan azərbaycanlılarla ardıcıl işlər aparılır. Bu yaxınlarda Mehriban xanım Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə xaricdə daha bir “Qarabağ” Azərbaycan dili məktəbi açıldı. Bu işlərdə xaricdə yaşayan azərbaycanlı iş adamları da yaxından iştirak edir. Memorandumun imzalanması elektron və mobil imzanın verilməsi, xaricdə yaşayan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan həmyerlilərimizin Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, “Made in Azerbaijan” brendinin xaricdə təbliğinə və tanıdılmasına dair səyləri birləşdirmək kimi məsələləri özündə ehtiva edir. Bu proses ölkə rəhbərinin apardığı siyasi kursun tərkib hissəsi olduğundan aktual və vacib məsələdir. Bütün bunlar həm də, Dövlət komitəsinin əsas hədəflərindən olan soydaşlarımızın Azərbaycanla əlaqələrinin gücləndirilməsi məsələsindən irəli gələn bir zərurətdir.”

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisadi elmləri doktoru Vüsal Qasımlı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən Azərbaycan diaspor quruculuğunda elektron imzanın verilməsi ilə yeni səhifə açılır: “Tarixdə ilk dəfə diaspor nümayəndəsinə elektron imza verilməsi xaricdəki həmvətənlərimizin Azərbaycanla əlaqələrində pul köçürmələri, bank hesablarının açılması, sərmayə qoyuluşu, idxal-ixrac əməliyyatları, vergilərin ödənilməsində irəliyə doğru addımdır. Artıq xaricdəki soydaşlarımızın Azərbaycanla əlaqələri rəqəmsal müstəviyə keçməklə daha çevik və az resurs sərf etməklə reallaşacaq. Enterpriseazerbaijan.com portalında toplanan biznes layihələri və startapların xaricdən sərmayə cəlbi üçün yeni imkanlar açılacaq. Xaricdəki həmvətənlərimiz Azexport-un imkanlarından istifadə edərək ixracın genişləndirilməsinə daha fəal cəlb olunacaqlar. E-rezidentlik xaricdəki soydaşlarımızın bir araya gətirilməsi və onların Azərbaycana bağlılığının gücləndirilməsinə öz töhfəsini verəcək.”

Çıxışların ardınca Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında ASAN imza vasitəsi ilə onlayn anlaşma Memorandumu imzalanıb. İmzalanma mərasimində bütün proses elektron qaydada smart avadanlıqlar vasitəsilə ilə həyata keçirilib. Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli Azərbaycanın xaricdə yaşayan və sahibkarlıq fəaliyyəti göstərən diaspor nümayəndəsi Samir Xəlilova Azərbaycanın mobil rezidentliyini təqdim edib. Nicat Əsədli, həmçinin elektron və mobil rezidentliyin əsas mahiyyəti, üstünlükləri və imkanları barədə tədbir iştirakçılarına məlumat verib.MediaZona.Az

 

 

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib