Roma Papası Bakıya MÜRACİƏT ETDİ

Ümid edirəm ki, Bakıda keçirilən COP29 həqiqətən inklüziv inkişafa gətirib çıxaran iddialı razılaşma yaradacaq.

Bu fikirlər Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirakçılarına ünvanlandığı müraciətində yer alıb.

Pontifik müraciətində bildirib ki, iqlim dəyişikliyi ilə mübarizədə əlavə gecikmələrə yol verilmir və ətraf mühitin mühafizəsi sülhün qorunması ilə sıx bağlıdır: “Mövcud elmi məlumatlar daha çox gecikməyə imkan vermir və yaradılışın qorunub saxlanmasının zəmanəmizin ən aktual məsələlərindən biri olduğunu açıq şəkildə göstərir. Biz, həmçinin etiraf etməliyik ki, bu, sülhün qorunması ilə sıx bağlıdır”.

Roma papası qeyd edib ki, biz bir-biri ilə əlaqəli eyni qlobal kənddə yaşayan tək bir ailənin üzvləri kimi hərəkət etməli və yaşamalıyıq: “Gəlin tarixi və indiki vəzifələrin gələcək üçün konkret və uzaqgörən öhdəliklərə çevrilməsinə icazə verək ki, bu Sammitin ən aktual vəzifələrindən biri olan iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyətli məqsəd ortaya çıxsın. Ümumi, lakin fərqləndirilmiş məsuliyyətlər və müvafiq imkanlar prinsipi COP29-un işini istiqamətləndirir və ruhlandırır”.

Qeyd edək ki, COP29-da Papa Fransiskin müraciətini Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolin oxuyub.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP 

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi