bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortataşehir escortNine casinoDrift casinoMebbistrendyol indirim koduCasibomtipobetslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.nettipobetgrandbettingtruvabetbahiscasinotarafbetbahiscommariobetbetistmarkajbetbetinematadornetcasibombelugabahisbetebet1xbetasyabahiscasinovalediscountcasinoelexbetfavoribahisbahiscombahiscombelugabahisbelugabahisbetistbetistceltabetceltabetklasbahisklasbahismariobetmariobetrestbetrestbettarafbettarafbettipobettipobetcasibomcasibomcasibomcasibomstarzbetsahnebetlimanbetredwinmatadorbetmatadorbetbetkombetkomcasibomcasibomcasibomcasibom7slotsbahigobahis1000bahisalbaymavibaywinbetexperbetkanyonbetkolikbetkombetlikebetmatikbetnisbetonredbetorspinbetparkbetperbetroadbetsatbettiltbetturkeybetvole24wincratosslotelitbahisfavorisenfunbahisgorabethilbetikimisliimajbetintobetjasminbetjetbahiskralbetligobetlordbahismarsbahismeritkingmilanobetmobilbahismostbetmrbahisneyinenoktabetnorabahisoleybetonbahisonwinorisbetparmabetperabetpiabetpinuppokerbetapusulabetredwinrexbetromabetsahabetsavoybettingbetkombahis siteleriblackjack siteleriCasinoBonanzacasino bonanzadeneme bonusurulet sitelerisweet bonanzacasino sitelericasino sitelericasino sitelerisupertotobettulipbettumbetpadisahbetvdcasinovenusbetwinxbet7slotsasyabahisbahis1000bahisalbahsegelbaywinbetebetbetexperbetkolikbetmatikbetonredbetorspinbetroadbettiltbetturkeybetvolecasibomcratosslotdumanbetelitbahisextrabetfunbahisgorabetgrandpashabethilbetimajbetjasminbetkalebetkralbetlimanbetmaltcasinomarkajbetmatbetmilanobetmobilbahismostbetgirisneyinenorabahisonwinpalacebetparmabetperabetpokerbetaredwinrexbetrokubetsahabetsavoybettingtarafbettruvabettumbetxslotartemisbitbaymavibetebetbetkolikbetkombetperbettiltceltabetimajbetklasbahisligobetlimanbetmariobetmatbetneyinesahabetBeylikdüzü Escortbetpasrestbetklasbahisbetebetbelugabahistarafbetbetkombetistmarkajbetparibahisbetinegobahisbettiltbetnisbetsatbetorspinligobetbetkanyonbaywinrokubetcratosslotgorabetelexbetfunbahisartemisbetbetparkbetmatikoleybetbetlikekralbetperabetlimanbetsavoybettingintobetdiscount casinobahsegelmostbetbetroadjasminbethilbetvenüsbetasyabahisredwinbetkolikdinamobetmilanobetelitbahisorisbetpusulabetaresbetpolobetdumanbetmatbetpalacebetmrbahistulipbetnorabahismilosbetbetvoleonbahisbetexperbetperbahigopokerbetalordbahiscasinovalebetonredbahis1000baymaviakcebetnoktabetneyinefavorisenbetgitbetcupstarzbethiltonbetsetrabetmelbetbetnanokazandrapokerklasmaltcasinoeskişehir halı yıkamaistanbul escort bayanmarsbahiscasibomSekabet

“Ermənistanın regional təhdidi” mövzusunda Beynəlxalq Forum keçirildi

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən “Ermənistanın regional təhdidi” mövzusunda Beynəlxalq Forum keçirildi. 

Beynəlxalq Forumda Dövlət rəsmiləri, millət vəkilləri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri və xarici ölkə səfirliklərinin nümyəndələri və səfirlər, media QHT rəhbərləri, ziyalılar, tələbələr iştirak edib.

Forumu giriş sözü ilə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru, BMAM sədri Rufiz Qonaqov açaraq tədbir iştirakçılarını salamlayıb. O, Azərbaycanın ərazi bütövlüyünün pozulması və bir milyondan artıq məcbur köçkün həyatı yaşayan Azərbaycan vətəndaşlarının hüquqlarının təmin edilməsi istiqamətində dünya birliyini ciddi qərarlar qəbul etməyə, ikili standartlara son qoymağa, ədalətli mövqe sərgiləməyə cağırıb. Ermənistanın bu gün də davam etməkdə olan işğalçılıq siyasətinin Cənubi Qafqaz Regionuna ciddi təhlükə olduğunu bildirib. BMAM sədri Rufiz Qonaqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səsləndirdiyi: “Münaqişənin digər həlli yolları yoxdur. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, heç vaxt olmayıb və heç vaxt olmayacaqdır. Azərbaycan xalqı və dövləti heç vaxt imkan verməz ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın” fikirlərini bir daha forum iştirkçılarının diqqətinə çatdırıb. Şura üzvü qeyd edib ki, bütün səylərə baxmayaraq Ermənistanın işğala son qoymaması regional və qlobal təhlükəsizlik sistemi üçün də ciddi təhdiddir və bu siyasət regionda acı nəticələrə gətirib çıxarır. Ermənistanda baş verən son hakimiyyət dəyişikliyindən sonra prosesin normallaşmasına ümid yaransada, təkrarlanan qeyri-konstruktiv mövqe indiki rejimin də mahiyyətinin özündən əvvəlkinə bənzədiyi göz önündədir.

Foruma moderatorluq edən BMAM-nin eksperti Rəfail Becanov hər il keçirilən bu tədbirin əhəmiyyətindən danışıb.

Milli Məclisin Komitə sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov “Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi yeni mərhələdə” mövzusunda məruzə edib. Məruzəçi bildirib ki, danışıqlar prosesi davam etdirilir, lakin Ermənistan tərəfinin ənənəvi separatizm siyasəti bu danışıqların effektivliyinə mane olur. Ermənistanda hakimiyyət dəyişikliyi də bu prosesə hələ ki, öz töhfəsini verməyib. Azərbaycan sülh yolu ilə torpaqlarımızın azad olunmasının tərəfdarıdır və bunu dəfələrlə bildirmişik. Biz bunu bütün səviyyələrdə, bəyan etmişik və Ermənistanı bir daha danışıqlar yolu ilə problemi həll etməyə çağırırıq.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qüdrət Həsənquliyev “Erməni terrorunun doğurduğu real təhdidlər və tarixi həqiqətlər” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, bu proses illərdir davam edir. Ermənistanın təhdid və təzyiqləri region üçün olduqca təhlükəli nəticələrə gətirib cıxarmışdır. Ermənistandakı hakimiyyət dəyişikliyi prosesi müsbət istiqamətdə aparmır, əksinə daha təhlükəli nəticələrə yol açır. Ermənistan tərəfi anlamalıdır ki, bu münaqişə nəticəsində özlərini pis duruma salıblar və Ermənistanda faktiki olaraq, iqtisadi və siyasi böhrandır. Siyasi böhran, iqtisadi böhran, demoqrafik böhran Ermənistanı süquta aparır.

Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, millət vəkili Cavanşir Feyziyev məruzəsində Ermənistanın Cənubi Qafqazda xalqların təhlükəsizliyinə qarşı davam etməkdə olan təhdid siyasətinin aradan qaldırılması istiqamətində region dövlətlərinin bir araya gəlməsinin vacibliyini vurğulayıb Beynəlxalq ictimaiyyətin ədalətsiz qərarlarına, bəzi beynəlxalq təşkilatların tətbiq etdiyi ikili standartlara etirazını bildirib. Millət vəkili qeyd edib ki, nə qədər ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkilməyib, Cənubi Qafqazda xalqların dinc və yanaşı yaşaması məsələsi sual altında qalır. Həmçinin dünya birliyinin işğalçı tərəfin bu hərəkətlərinə etinasız münasibəti müasir beynəlxalq münasibətlər sistemi üçün arzuolunmaz ənənələrin təməlini qoyur.

Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsinin rəisi Leyla Abdullayeva “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırki danışıqlar prosesindəki vəziyyəti ” mövzusunda məruzə ilə çıxış edib. XİN idarə rəisi həmçinin münaqişənin həlli istiqamətində ölkə başçıları və xarici işlər nazirləri arasında son dövrlərdə keçirilən görüşlərin nəticələrini də şərh edib, Ermənistanın qeyri-konstruktiv mövqeyini Forum iştirakçılarının diqqətinə çatdırıb. O bildirib ki, 30 ilə yaxındır ki, ərazilərimiz iğşal olunub. Ermənistan BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnaməni yerinə yetirməkdən imtina edir. Müxtəlif beynəlxalq qurum və təşkilatlar tərəfindən, o cümlədən dünya dövlətləri tərəfindən Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz bəyan edilməsinə baxmayaraq, Ermənistan geri çəkilmir və faktiki olaraq 20 faizdən çox ərazimiz işğal altında, 1 milyondan çox soydaşımız məcburi köçkün həyatı yaşayır.

Yekun məruzə ilə cıxış edən millət vəkili, professor Elman Nəsirov bu kimi beynəlxalq forumların keçirilməsinin ölkəmizin və regiounun təhlükəsizliyi istiqamətində əhəmiyyətindən danışdı. O, Ermənistanın separatizm siyasətinin qarşısının alınması istiqamətində BMT qətnamələrinə diqqəti yönəltdi və bildirdi ki, Ermənistanın işğalçılıq siyasəti BMT-nin 4 qətnaməsində də öz əksini tapmışdır. Ermənistan beynəlxalq hüquqa əməl etməklə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməli, öz etnik separatizm əməllərindən imtina etməlidir. Ermənistanın faktiki işğal siyasəti bütün dünya tərəfindən pislənməli, ikili standartlara son qoyulmalıdır.

Tədbirin sonunda Beynəlxalq Forumun iştirakçıları adından Ermənistanın regional təhdid siyasətinə dair Bəyanat qəbul edildi. Bəyanatda deyilir:

Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə nail olmaq, Cənubi Qafqazda davamlı sülhün bərqərar olması Azərbaycanın xarici siyasətində prioritet təşkil edir. Münaqişənin tezliklə ədalətli həlli,bölgədə əmin-amanlığa nail olunması,təkcə Azərbaycan üçün deyil, həm də bütöv regionun sosial-iqtisadi inkişafına, dünyada təhlükəsizliyin möhkəmlənməsinə öz töhvəsini verə bilər. Məlumdur ki, Ermənistanın tarix boyu apardığı təhdid siyasəti nəticəsində bir milyondan artıq Azərbaycan ailəsi, eləcə də ölkəmizdə yaşayan minlərlə digər xalqların nümayəndələri öz tarixi yaşayış yerlərini tərk edərək qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

Azərbaycan bugün Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn verdiyi imkanlar çərçivəsində aradan qaldırılması istiqamətində fəal və məqsədyönlü siyasət aparır. Çox təəssüfki, Ermənistanın qeyri-konstruktiv mövqeyi, danışıqla rprosesini uzatmağa yönəlik cəhdlər münaqişənin həlli istiqamətində konkret nəticələrin əldə olunmasına maneələr yaradır.

Dünyaya məlumdur ki, Ermənistanın terror siyasəti ən dəhşətli faciələrdən olan Xocalı soyqırımına səbəb olmaqla, dinc sakinlərə qarşı törədilmiş ən amansız soyqırım kimi tarixə düşmüşdür. Azərbaycan ərazilərini danışıqlar yolu ilə qaytarmaq istəməyən Ermənistanın etnik separatizm siyasəti bu gündə davam edərək, yalnız Azərbaycan üçün deyil, ümumiyyətlə Cənubi Qafqaz Regionu üçün ciddi təhlükə olaraq qalır. Dünya ictimaiyyəti, BMT, AŞPA, Aİ, ATƏT-in Minsk qrupukiminüfuzlu beynəlxalq təşkilatların Ermənistana tətbiq etdiyi qətnamə və tələblərin bu günə qədər nəticəsiz qalması ikili standartların bariz nümunəsidir. Ermənistanın separatizm siyasəti həm də regionun dünya əhəmiyyətli bütün qlobal layihələri üçün təhlükə mənbəyidir. Aydın görünürki, Ermənistanda son seçkilər zamanı siyasi hakimiyyətə gələn qruplar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə mane olmaq, Cənubi Qafqazda sabitliyi pozmaq, regionda təxribata yönəlik siyasi xətt seçmişlər.

Bu Bəyanatı imzalayan Forum iştirakçıları dünya ictimaiyyətini, BMT Təhlükəsizlik Şurasına üzv dövlətləri tarixən insanların və mədəniyyətlərin dialoq məkanı olan Cənubi Qafqazın Ermənistanın regional təhdid siyasəti ilə hədəfə çevrilməsinin qarşısını almaqda əhəmiyyətli qərarlar qəbul etməyə, Dağlıq Qarabağ münaqişəsinin Beynəlxalq Hüquq normaları çərçivəsində həllinə nail olmağa çağırırıq.MediaZona.Az