Hikmət Şikarov : UEFA Avropa Liqasının final oyunu ilə Azərbaycan növbəti yarışdan alnıaçıq çıxdı

Gənc və müstəqil Azərbaycanda bu gün idman cəmiyyətin ayrılmaz hissəsinə çevrilib. Ölkəmiz müstəqillik qazandıqdan sonra respublikamızda bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük uğurlar əldə olunub. Fəxrlə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb, beynəlxalq idman ailəsində layiqli yerini tutub. Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Azərbaycanın bu zaman kəsiyində idman sahəsində əldə etdiyi nailiyyətlər isə beynəlxalq idman təşkilatlarının diqqətindən yayınmamış, məhz onların istəyi ilə son illərdə ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilmişdir.

UEFA Avropa Liqasının final qarşılaşmasının ölkəmizdə keçirilməsi qərarının qəbul edilməsində isə əlbəttə ki, Azərbaycanın dünya miqyasında özünü dinamik inkişaf edən müasir, güclü ölkə kimi təqdim  etməsi xüsusi əhəmiyyət daşıyır. Bu final qarşılaşmasının Azərbaycana həvalə olunması regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, ölkəmizin beynəlxalq aləmdə nüfuz qazanması, dünya birliyində tutduğu mövqe, mövcud ictimai-siyasi sabitliklə yanaşı, ölkəmizin yürütdüyü idman siyasətinə verilən ən yüksək qiymətdir. Azərbaycanın digər mühüm uğuru isə ölkədə beynəlxalq yarışları bacarıqla təşkil etməsidir. Hər növ idman yarışlarının keçirilməsi üçün müvafiq idman qurğu və saraylarına, mehmanxana komplekslərinə, bütün növ nəqliyyat vasitələrinə və qonaq qarşılamaq mədəniyyətinə, unikal mətbəxə malik olan ölkəmizdə hamı həvəslə yarış keçirməyə çalışır.

Dünən Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final qarşılaşmasının yüksək səviyyədə keçirilməsi və təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunması antimilli ünsürlərin qarayaxma kampaniyalarının heç bir əsası olmadığını və ölkəmizin növbəti beynəlxalq tədbirdən alnıaçıq çıxdığını təsdiqləmiş oldu.  Bu qarşılaşma eyni zamanda  Azərbaycanın turizm potensialının inkişafında da xüsusi rol oynadı. Bakıya gələnlərin, şəhərimizi, ölkəmizi tanıyanların sayı artdı. Turistlərin böyük əksəriyyəti Bakıya ilk dəfə gəlirdilər. Onlar gördülər ki, Bakı necə gözəl, necə inkişaf etmiş və təhlükəsiz şəhərdir.

Beynəlxalq tədbirlər  dünyaya ölkənin səviyyəsini nümayiş etdirir. İstənilən beynəlxalq tədbirlər, həmçinin idman yarışları yeni dostların qazanılması deməkdir. Ulu öndər Heydər Əliyev deyirdi ki, Azərbaycan dünyaya günəş tək doğacaq. Budur, Azərbaycan dünyaya şəfəq saçır və dinindən, irqindən asılı olmayaraq hər kəs bir müsəlman ölkəsində düzənlənən idman yarışına tamaşa etdi. Bu bizi qürurlandırır və xalqımıza böyük sevinc hissləri yaşadır.MediaZona.Az

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir