Şənbə, 26 Sentyabr 2026
Günün xəbəri, dəqiq məlumat--:--:--
Xəbər Zonası
Operativ • Dəqiq • Etibarlı
SON DƏQİQƏ
29.05.2019 11:06 · Din, Dünya, Manşet, Xəbər xətti

İmamı Qədr gecəsində qətlə yetirdilər

İranın cənubunda yerləşən Fars vilayətinin Kazerun rayonununda imam Məhəmməd Xorsənd soyuq silahla qətlə yetirilib.

Məlumata görə, bunu İranın Fars vilayəti hüquq-mühafizə orqanının rəis müavini polkovnik Kavus Məhəmmədi deyib.

K.Məhəmmədinin sözlərinə görə, imam Qədr gecəsi mərasimindən geri dönən zaman mənzili qarşısında bıçaqlanıb.

İmam xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis polkovniki qatilin saxlanılması üçün əməliyyatın keçirildiyini bildirib: “Qatil fotoqraf olub. O, ruhani ilə selfi çəkdirməyə israr edib və şəkil çəkdirərkən onu bıçaqlayıb”.

Xatırladaq ki, aprel ayında İranın Həmədan vilayətində bir ruhani odlu silahla qətlə yetirilib. MediaZona.Az