Rövşən Lənkəranski sağdır? – FOTO

Bu gün mərhum kriminal avtoritet Rövşən Canıyevin (Lənkəranski) Lənkərandakı məzarüstü heykəlinin yaxınlığında ona çox bənzəyən bir nəfərin fotosu yayılıb.

Foto sosial şəbəkələrdə sürətlə yayılmağa başlayıb. Canıyevlə zahiri oxşarlığı olan şəxsin bu görüntüsü izləyiciləri şoka salıb və Lənkəranskinin sağ olduğuna dair iddiaları yenidən gündəmə gətirib.

Hər kəs həmin şəxsin Rövşən Lənkəranski olduğunu söyləyib.

Ciddi müzakirələrə səbəb olan fotoşəkil budur: