Ərdoğan Netanyahunu irqçilikdə günahlandırdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail baş naziri Binyamin Netanyahunu irqçilikdə və fələstinlilərə qarşı hərbi cinayət siyasəti yürütməkdə ittiham edib.

“Netanyahu 60 il ərzində BMT-nin qətnamələrinə məhəl qoymayaraq məzlum insanların torpaqlarını işğal altında saxlayan aparteid dövlətinin baş naziridir

Onun əli fələstinlilərin qanına batıb və o, Türkiyəyə qarşı qalxmaqla bu cinayətləri ört-basdır edə bilməyəcək.

İnsanlığı öyrənmək istəyirsiz? On müqəddəs hökmü oxuyun”, – deyə Ərdoğan Twitter səhifəsində yazıb.