Azərbaycanda ilk dəfə uzunömürlülük xəritəsi hazırlandı

Azərbaycanda ilk dəfə olaraq ölkənin uzunömürlülük xəritəsi tərtib edilib.

Bunu Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova deyib.U.Həşimova bildirib ki, Azərbaycanın bəzi bölgələrində uzunömürlülülk indeksi çox yüksəkdir:”Elə bölgələr var ki, orada uzunömürlülük indeksi ilə bağlı rekord göstəricilər qeydə alınır. Şuşa, Xocavənd, Xankəndi, Qazax, Tovuz rayonları üzrə sakinlərin uzunömürlülüyü ilə bağlı göstəricilər yüksəkdir.Buna görə də yaxın gələcəkdə biz o rayonlar üzrə, eləcə də Naxçıvan Muxtar Respublikasında tədqiqatlar aparmağı planlaşdırırıq. Amma bu il uzunömürlülərlə bağlı İsmayıllı rayonunda tədqiqatlar aparılacaq”.U.Həşimova belə bir tədqiqatın artıq cənub rayonlarında aparıldığını da söyləyib.

Hazırda Azərbaycanda 90 yaşından yuxarı olan təxminən 10000 nəfər uzunömürlünün olduğunu deyən U.Həşimova bildirib ki, uzunömürlülər tədqiq olunarkən əvvəlcə, onların yaş verifikasiyası aparılır. Lakin yaşın verifikasiyasının aparılması uzunömürlülərlə bağlı aparılan tədqiqatların ilkin mərhələsi olur.

Tədqiqatlar zamanı uzunömürlülər, onların ailə üzvləri, eləcə də uzunömürlülük qeydə alınmayan ailələrin üzvləri tədqiqat qrupuna cəlb edilir və onlar üzərində eyni tibbi-bioloji müayinələr aparılır. Bu müayinələrin aparılmasında həkimlər, bioloqlar, psixoloqlar və s. iştirak edir.U.Həşimova əlavə edib ki, Azərbaycanda uzunömürlülüyün elmi tədqiqinə 80-ci illərin ortalarından başlanılıb və bu tədqiqatlar Azərbaycanın müxtəlif bölgələrində aparılıb:”Uzunömürlülərin sayının artıb-azalması dalğavari prosesdir. Ölkədə baş verən müəyyən hadisələr onların sayına təsir göstərib. Məsələn, məcburi köçkünlük ilk növbədə qocalar və uzunömürlülərə öz mənfi təsirini göstərib. Son məlumatlar isə ölkəmizdə uzunömürlülərin sayının artdığını göstərir”.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi