Ermənistan ordusu Azərbaycan ərazilərində təlimlərə başladı

Ötən gün mayın 14-dən etibarən Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələri Dağlıq Qarabağdakı işğalçı erməni qüvvələri ilə birlikdə Azərbaycanın işğal altındakı ərazilərində operativ-taktiki təlimlər başladıb.

Bu təlimlər Ermənistanda Nikol Paşinyanın rəhbərliyi ilə formalaşdırılan yeni hökumətin işə başlamasından bir neçə gün sonraya təsadüf edir.

Təlimləri izləmək üçün Ermənistan silahlı qüvvələrinin Baş qərargahının rəisi Movses Akopyan işğal altındakı ərazilərə gəlib. Təlimlərin ssenarisinə əsasən düşmən qüvvələri rəqibin güclü atəş təsiri altında müdafiə döyüşləri aparır, bununla da “köməyə gələn qüvvələrə əks hücuma keçib ön xətti bərpa etmək üçün” vaxt və imkan qazandırır.

Bildirilir ki, təlimlərdə bir sıra yeni silahlar da tətbiq edilib.

Bundan əvvəl Azərbaycan müdafiə naziri ordunun yüksək vəzifəli şəxsləri ilə müşavirə keçirmişdi və təmas xəttində düşmənin hər hansı mümkün təxribatlarının qarşısının alınması üçün tapşırıqlar verilmişdi. Müdafiə naziri Zakir Həsənov Ermənistanın yeni hakimiyyətinin Qarabağa dair populist bəyanatlarına cavab olaraq xəbərdarlıq etmişdi ki, Azərbaycan ordusu irimiqyaslı döyüş əməliyyatlarına başlamağa tam hazırdır.

İndi işğalçı qüvvələrin Azərbaycan ərazilərində Ermənistandan da əlavə hərbi hissələr cəlb olunmaqla keçirdiyi təlimər də yəqin ki, cavabsız qalmayacaq.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi