Bakıda “Beynəlxalq Foto günləri-2018” sərgisi keçirilir

Azərbaycan Fotoqrafları Birliyi 20 illik fəaliyyəti ilə əlaqədar olaraq, “Beynəlxalq Foto günləri-2018” tədbiri çərçivəsində  3×50 konsepti üzrə tamaşaçılara foto sərgilərin təqdimatına başlayib. Üç sərginin hərəsində 50 foto yer alıb. Onların arasında Beynəlxalq Fotoqrafiya günlərində qızıl mükafata layiq görülən fotoqraf rəssam Mehmet Gökyıqıt, gürcü  fotoqrafların, eləcə də Azərbaycan fotoqraflarının foto işləri yer alıb.

“Art salon Azerbaijan-2017” keçirilən ilk təqdimatda  qalib fotoqrafların əl işləri və mükafatların rəsmi təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə açan Rauf Umudov sərgi haqqında ətraflı məlumat verərək,  beynəlxalq müsabiqədə 57 ölkədən 338 fotoqrafın təqdim etdikləri 5306 fotolardan danışdı. Onlardan 158 fotoqrafın mükafat aldığını xüsusi qeyd etdi.  Qaliblərin  beynəlxalq səviyyəli  9 münsif heyəti tərəfindən qiymətləndirilməsini, 52 mükafatın 4 nominasiya üzrə verilməsindən danışdı. Qaliblər arasında 27 ölkənin, o cümlədən Azərbaycan fotoqraflarınin oldugunu söylədi.

Sonra Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək, fotoqraflara gələcək işlərində uğurlar dilədi.Qaliiblər mükafatlandırıldı.  Onların arasında foto işləri xüsusi diqqət çəkən həmyerlimiz Nurlan Tahirli də var.

Fotoqraf Nurlan Tahirli, 1988-ci ildə Bakıda doğulub. Fotoqrafiyaya olan marağı 19 yaşında ABŞ-da işləyərkən Yellowstone Milli Parkına səyahətindən sonra daha güclü olub. 2012-ci ildə Türkiyədə magistratura təhsilini aldığı zaman birillik fotoqrafiya kursuna qatılmış, həmin ildə də 2 kollektiv sərgidə iştirak etmişdir. Daha sonra Türkiyədə işlədiyi müddət ərzində səyahətləri zamanı çəkdiyi fotolardan ibarət ilk fərdi sərgisini 2015-ci ildə Bakıda açib. Bir müddət sonra həmin əsərlər Türkiyənin Aydın bölgəsində sərgilənib. Sonraki illər ərzində bir neçə beynəlxalq və yerli foto yarışmalarının qalibi, finalçısı olub. Beləcə digər fotoqrafiyaları ilə Azərbaycan, Türkiyə, Yunanıstanda kollektiv sərgilərdə həmçinin yarışma sərgilərində də mütəmadi iştirak edir.

2015-ci ildə yaratdığı “360° Dünya” layihəsi ilə müxtəlif ölkələrin, şəhərlərin bir sıra yerlərində, həmçinin azsaylı Boing-787 və digər bir neçə mülki təyyarələrin pilot kabinlərinin 360° panoramik görütünlərini çəkib, virtual turlarını yaradıb. 2017-ci ildən etibarən irimiqyaslı layihələrə başlayaraq, Mirzə Ələkbər Sabirin virtual muzeyini, panoramik işləri arasında hələlik ən iri həcmli olan Mərkəzi Elmi Kitabxanasının virtual turunu və yenicə bitən Azərbaycan Tibb Universitetinin Anatomiya Kafedrasının virtual turunu həyata keçirüb. Bununla yanaşı 2017-ci ildən Türkiyənin İDEA jurnalında fotoqraf kimi fəalliyətini davam etdirməktədir.

Nurlan Tahirli 2014-cü ildən Azərbaycan Fotoqrafları Birliyinin, 2017-ci ildən Gürcüstan Fotoqrafları Assosiasiyasınnın üzvüdür. O,  Azərbaycanın görkəmli satirik şairi Mirzə Ələkbər Sabirin nəticəsidir.

Ötən gün tədbirin davamı olaraq,  Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının ofisində Gürcüstan Fotoqraflar Assosasiyası fotoqraflarının, Türkiyənin İzmir şəhərindən gəlmiş Erdal Türkoğlunun,İranın Təbriz şəhərindən gəlmiş fotoqraf Paşa Hadianın təqdimatları oldu.

Bu gün saat 15-00-da isə, Kuzey Kıprız Türk Cumhuriyyətindən fotoqraf Mehmet Gökyiğitin təqdimatı olacaq. Ünvan: Landmark Rotun ( Nizami küçəsi 90)

Qeyd edək ki,”Beynəlxalq Foto günləri-2018″ tədbirləri Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Şimali Kıbrıs Türk Cümhuriyyətinin Bakı nümayəndəliyinin nəzdindəki Art Faktor şirkətinin, Nur Art House, qalereya 196 və Landmark Rotunun dəstəyilə  keçirilir.

MediaZona.az
  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib