100 milyon insan öləcək, 143 şəhər məhv ediləcək

ABŞ-ın Corctaun Universitetinin professoru Metyu Kroeniq “Amerika strategiyasının məntiqi: strateji üstünlük niyə əhəmiyyətlidir” kitabında Rusiyanın ABŞ-a nüvə zərbəsinin nəticələrinin modelini hazırlayıb.

National Interest” nəşri xəbər verir ki, Rusiya ABŞ-a iki böyük nüvə zərbəsi vuracaq.

Tədqiqatçının sözlərinə görə, birinci hücumdan sonra Moskva 131 Amerika şəhərini məhv edəcək və bu, 70 milyon insanın ölümünə gətirib çıxaracaq. Alim qeyd edir ki, belə itkilər ABŞ-ın Rusiyaya cavab zərbəsini vurmaq cəhdlərini dəf etməyə hesablanıb.

Amma Vaşinqtonun əks-hücumu ilə Rusiyanın arsenalı qismən məhv ediləcək. Amma Rusiya tərəfindən ikinci zərbə 28 milyon insanın həlak olmasına və 12 şəhərin dağıdılmasına gətirib çıxaracaq.

Professorun fikrincə, ABŞ belə itkilərdən qaçmaq üçün nüvə arsenalını saxlamalıdır. Əgər Vaşinqton qitələrarası ballistik raket arsenalını ləğv edərsə, Rusiyanın birinci zərbəsi zamanı ABŞ-ın itkiləri 82 milyona qədər artacaq və Moskvaya Amerikanın qitələrarası ballistik raketlərinin zərbələrini dəf etmək lazım olmayacaq.

Qeyd edək ki, Rusiya və ABŞ-ın 2010-cu ildə imzaladığı Strateji Hücum Silahlarının ixtisarına dair müqavilə 2011-ci ilin fevralın 5-də qüvvəyə minib.

Müqaviləyə əsasən, Rusiya və ABŞ nüvə başlıqları və daşıyıcılarına dair ildə iki dəfə məlumat mübadiləsinin aparılmasına dair üzərilərinə öhdəlik götürüblər. O vaxtkı Rusiya prezidenti Dmitri Medvedev və ABŞ prezidenti Barak Obama arasında imzalanan müqaviləyə görə, tərəflər nüvə başlıqlı raketləri 1550 ədədə qədər məhdudlaşdırmaq qərarına gəliblər.

Bundan başqa, sazişdə qitələrarası və ağır bombardmançıların 700-ə qədər endirilməsi nəzərdə tutulub.

Sazişin müddəti 2021-ci ildə bitir və avtomatik uzadılması ilə bağlı müddəa yoxdur.

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib