Nikol Paşinyan Ermənistanın baş naziri seçilib

Ermənistan parlamenti ikinci turda yeni baş naziri seçib.

Mayın 8-də ölkə parlamentində hökumət başçısı seçkisi keçirilib.

Ermənistanın baş naziri vəzifəsinə “Mənim Addımım” Hərəkatının sədri, parlamentdəki “Çıxış” deputat fraksiyasının rəhbəri Nikol Paşinyan yeganə namizəd olub.

İclasda 105 deputatdan 101-i iştirak edib. Onların 59-u N.Paşinyanın lehinə, 42-si isə əleyhinə səs verib.

Qeyd edək ki, mayın 1-də keçirilən birinci turda Nikol Paşinyanın lehinə cəmi 45 deputat səs verib. Ermənistanın hakim Respublikaçılar Partiyası onun baş nazir seçilməsinin əleyhinə çıxmışdı.

Ölkə konstitusiyasına əsasən, baş nazir ən azı 53 deputatın səsi ilə seçilir.

Xatırladaq ki, parlamentdə deputat fraksiyası olan Respublikaçılar Partiyası (58 deputat), “Tsarukyan” (31 deputat), “Çıxış” (9 deputat), “Daşnaksütyun” (7 deputat) qruplarının hamısı səsverməyə qatılıb.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi