Qaradağ sakinləri səsvermədə mütəşəkkil qaydada iştirak edirlər

Aprelin 11-də Azərbaycan Respublikası prezidentinin seçkiləri günü Bakının Qaradağ rayonundakı bütün seçki məntəqələrində səhər saatlarından əhalinin yüksək fəallığı müşahidə olunur. 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin əhatə etdiyi məntəqələrdə fəallıq daha yüksəkdir. Dairə seçki komissiyasının sədri Qəşəm Əhmədzadə bildirib ki, 32 daimi seçki məntəqəsində 42 min 300 seçici qeydiyyata alınıb. Məntəqələrin 12-də veb-kameralar quraşdırılıb. Prezident seçkilərində 343 nəfər ilk dəfə səs verəcək. Məntəqələrdə heç bir qanun pozuntusu müşahidə olunmayıb. Sakinlər mütəşəkkil qaydada səsvermədə iştirak edirlər.

11 saylı Qaradağ seçki dairəsi dairə seçki komissiyasının sədri Azər Ələsgərov isə deyib ki, qeydə alınan 49 min 956 nəfər 37 daimi və 6 müvəqqəti məntəqədə səs verəcək. Onların 571 nəfəri ilk dəfə səs verən gənclərdir. Səsvermədə iştirak edənlərin arasında yaşı 100-dən yuxarı olan da var. Müşahidəçilərə səsvermə prosesini izləmək üçün hər cür şərait yaradılıb. Məntəqələrdə 200 müşahidəçi səsvermə prosesini izləyir. Eyni zamanda, dairə üzrə 10 məntəqədə veb-kameralar quraşdırılıb ki, bu da səsvermənin şəffaflığını təmin edəcək. AZƏRTAC

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi