Suraxanı rayonunda seçicilər səsvermədə yüksək fəallıq nümayiş etdirirlər

Aprelin 11-də Azərbaycan Respublikası prezidenti seçkiləri paytaxtın Suraxanı rayonunda seçici fəallığı ilə başlayıb. Ölkəmizin qarşıdakı növbəti 7 il üçün taleyinin həll olunduğu seçkilərdə 30 saylı Suraxanı I, 31 saylı Suraxanı II və 32 saylı Suraxanı III seçki dairələri üzrə 89 məntəqədə ümumilikdə 152 min 148 seçici səs verməlidir.

31 saylı Suraxanı II seçki dairəsi dairə seçki komissiyasının sədri İlham Bayramov səsvermənin gedişi barədə məlumat verərək bildirib ki, 39220 seçicisi olan dairə üzrə vətəndaşların sərbəst şəkildə səs vermələri üçün bütün zəruri şərait yaradılıb. Səsvermənin gedişində şəffaflığı təmin etmək üçün 32 məntəqənin 10-da veb-kamera quraşdırılıb. Müşahidəçilər prosesin gedişini aşkar şəkildə izləyə bilirlər. Dairənin 2, 18, 22, 4, 5, 9, 31 saylı məntəqələrində seçici fəallığı səhər saatlarından başlayıb.

32 saylı Suraxanı III və 30 saylı Suraxanı l seçki dairələrinin əhatə etdiyi seçki məntəqələrində də səsvermədə seçicilər yüksək fəallıq nümayiş etdirirlər.

Seçicilər məntəqəyə daxil olmamışdan sol əlin baş barmağının üstü xüsusi cihazla yoxlanılır. Əgər barmaqda mürəkkəb yoxdursa, seçicinin məntəqəyə daxil olmasına icazə verilir. Barmağı mürəkkəblə işarələnən vətəndaş seçki bülleteni alır. Məntəqələrdə beynəlxalq və yerli müşahidəçilər səsvermənin gedişini izləyirlər.  AZƏRTAC

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi