21 saylı Nəsimi I seçki dairəsinin seçki məntəqələrində seçicilərin yüksək fəallığı müşahidə olunur

Aprelin 11-də səhər saat 8:00-dan etibarən 21 saylı Nəsimi I seçki dairəsi dairə seçki komissiyasının tərkibinə daxil olan seçki məntəqələrində də səsvermə qanunvericiliyə uyğun olaraq mütəşəkkil qaydada başlayıb.

21 saylı Nəsimi I seçki dairəsi dairə seçki komissiyasının sədri Çingiz Dadaşov bildirib ki, dairənin əhatə etdiyi 29 daimi seçki məntəqəsi bütün zəruri avadanlıqla təmin edilib və səsvermədə yüksək fəallıq nümayiş olunur. Seçki məntəqələrinə gələnlər arasında ilk dəfə səs verən gənclər də vardır. Onlar müstəqil respublikamızın işıqlı gələcəyinə ilk dəfə səs vermələrindən qürur hissi duyduqlarını bildirirlər.

Dairənin əhatə etdiyi bütün seçki məntəqələrində seçicilərin normal səs vermələri üçün hər cür şərait yaradılıb. Dairənin 10 məntəqəsində veb-kamera quraşdırılıb. Bundan başqa, 3 məntəqədə Mərkəzi Seçki Komissiyası tərəfindən əlil arabası ilə hərəkət edən seçicilər üçün panduslar quraşdırılıb.

Seçicilər məntəqələrə axın-axın gələrək, növbəti 7 il üçün prezident görmək istədikləri namizədə azad və sərbəst şəkildə səs verirlər.

Dairə üzrə seçkiləri izləmək üçün 400-dən çox yerli və xarici müşahidəçi qeydiyyatdan keçib. Beynəlxalq və yerli müşahidəçilər seçkilərin gedişindən razılıq edir, heç bir qanun pozuntusunun olmadığını bildirirlər.

Məntəqələr seçki bülletenləri, gözlə görünməyən mürəkkəb və bu mürəkkəbi oxumaq üçün xüsusi cihazlarla təmin edilib. AZƏRTAC

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi