“Sürücülər cərimələnəcək” – artıq təcili-yardımın da kameraları çəkir- VİDEO

Təcili tibbi yardım maşınlarına kameralar quraşdırılacaq. Amma bu respublikanın bütün təcili tibbi yardım maşınlarına aid edilməyəcək. Bu yenilik Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 12 regional məntəqəsindəki təcili yardım maşınlarına aiddir.

Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov  deyib ki, həmin kameralar internet üzərindən canlı olaraq dispetçer məntəqəsiylə bağlantı yaradır. Bizim burada oturan dispetçer vəziyyətə nəzarət edəcək.

Kameralar vasitəsilə hadisənin miqyası qiymətləndiriləcək. Qəza, yaralılar, ağır vəziyyətlər olarsa GPS naviqasiya vasitəsilə həmin yer müəyyən edilir və əlavə həkim briqadasını qəza yerinə göndərir. Bunun üçün artıq məşhur texnoloji şirkətlərlə danışıqlar aparılır. Hansı ki, onlar təcili tibbi yardım maşınlarında kameralar quraşdıracaqlar. Bu təcrübədən xarici ölkələrdə geniş istifadə olunur.

Təcrübəyə digər təcrübəni də əlavə etmək olar. Məsələn quraşdırılacaq kameralar həkimlərə, qəzaya nəzarət etmək üçündür. İnsanlara yerində yardımı nəzərdə tutur. Digər tərəfdən təcili yardım maşınına yol verməyən digər sürücüləri də qeydə ala bilər. Ərşad Hüseynov – Nəqliyyat eksperti: “Müəyyən olunsa ki, yol verə bilərdi, lakin bilərəkdən yol verməyib, o zaman bu barədə tədbir görülə bilər”. Bəli, bu da lazımdır. Çünki təcili tibbi yardıma yol verməyən sürücülər var. Və bu hal da qanunla tənzimlənir. Kamera görüntüsü bazaya yönlənsə polisə də məlum olar ki, təcili tibbi yardım maşınına hansı sürücü yol vermir və onun cəzalandırar. Digər bir məsələ, bəzi təcili yardım maşını sürücüsü tibbi maşını başqa məqsədlər üçün istifadə edir. Bax buna da kameralar vasitəsilə nəzarət olunar. Təcili çıxışda olmayanda qəza səsləri verməz, sürət həddini aşmaz. Təcili tibbi yardım maşınlarına kameralar quraşdırılması regionlarda ona görə olacaq ki, böyük qəzalar magistral yollarda, bölgələrə yaxın ərazilərdə baş verir. Bu yenilik 2018-ci il üçün nəzərdə tutulub. Yəni tezliklə həyata keçiriləcək.

 

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib