“Ermənistan bu gün kənar dövlət olaraq Azərbaycan ərazilərinə iddialar irəli sürür”

“Bu gün Azərbaycanda 10 milyon əhali var, titul nümayəndələri 8 milyondan artıqdır, qalanlar isə etnik azlıqlardır. Onlardan 4-nün sayı 100-200 mindən artıq, 5-nin sayı 20-50 minə qədər, qalan 30-a qədər milli azlıqların sayı 10 minə qədərdir. Gördüyünüz kimi ölkəmizin etnik tərkibi kifayət qədər zəngin və qarışıqdır”.

Bu sözləri Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov VI Qlobal Forumda çıxışı zamanı deyib. Ə. Həsənov bildirib ki, Azərbaycandakı etnik azlıqların 90 faizi müsəlman, 6-7 faizi xristianlardır. Yəhudilərin sayı isə 30 minə yaxındır: “Son 50 ildə etnik tərkibin müqayisəli təhlili zamanı görürük ki, ölkəmizdə bu məsələdə dəyişiklik müşahidə edilmir.  Bu vaxta qədər ciddi etnik, dini separatizm müşahidə edilməyib. Yeganə məqam aqressiv erməni separatizmi ilə bağlıdır. Bir vaxtlar Azərbaycan ermənilərin sayı bugünkündən dəfələrlə çox idi. 1988-ci ildə azərbaycanlılar Ermənistan ərazisindən zorla çıxarılandan sonra Bakıdan ermənilər getdilər”.
O qeyd edib ki, bu gün ölkəmizdə 30 min erməni yaşayır. Ləzgi, talış və ruslar bu gün ölkəmizdə əsasən kompakt halda yaşayırlar: “Bu xalqlar Azərbaycanda özünü komforlu hiss edirlər. Bu vaxta qədər onların hər hansı cəmiyyət səviyyəsinə qaldırılacaq problemi olmayıb. Bunun səbəbi Konstitusiyamızda xalqların hüquqlarının sivil normalara əsaslanması ilə bağlıdır”.
Ə. Həsənov bildirib ki, bu insanlar öz dillərində danışa, informasiya, təhsil ala bilirlər. Milli azlıqların problem yaşamamasının kökündə həm də ölkənin suveren hüquqları dayanır: “Bundan başqa, milli azlıqlar dövlət dilini bilməli, konstitusiyaya əsaslanan münasibət qurmalıdırlar. Bu münasibətlərin qurulmasında növbəti məqam maraqların balansıdır. Tolerantlıq milli azlıqlar arasındakı münasibətlərin əsasını təşkil edir. Bütün milli azlıqlar Azərbaycanda özlərinin təmsilçilik, realizə hüquqlarını gerçəkləşdirə bilirlər. Titul xalqdan olmayanların hüquqlarına, adətlərinə hörmətlə yanaşılır. Bu bizim Konstitusiyamızın əsasını təşkil edir. Başqa cür yanaşmaq mümkün deyil”.
Ə.Həsənov onu da vurğulayıb ki, Azərbaycanda multikultural dəyərlər diqqət mərkəzindədir. Onun sözlərinə görə, bu dəyərləri pozan yeganə məqam etnik və milli separatizmdir: “Bu da kənardan ölkəmizin ərazisinə iddialardan qaynaqlanır. Ermənistan bu gün kənar dövlət olaraq Azərbaycan ərazilərinə iddialar irəli sürür”. Azadinform.az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi