Səfirliyin fəaliyyəti dayandırıldı
ABŞ-ın Ankaradakı səfirliyi bu gün fəaliyyətini dayandıracaq. Bu addımın təhlükəsizlik məqsədi ilə atıldığı bildirilir.
Bu barədə Amerika diplomatik nümayəndəliyinin yaydığı bəyanatda deyilir.
“Ankaradakı səfirlik ABŞ vətəndaşlarını martın 5-də təhlükəsizlik təhdidləri ilə əlaqədar işləməyəcəyi barədə məlumatlandırır. Səfirlik fəaliyyətini nə zaman bərpa edəcəyini sonradan elan edəcək”, – deyə bəyanatda qeyd edilir.