Ərdoğan: “Xocalı qətliamı dünyanın ən qanlı faciəsidir”

Xocalı qətliamı dünyanın ən qanlı faciəsidir”.
Türkiyə KİV-ləri xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib: “Türkiyə olaraq bu qanlı faciəni unutmadıq və əsla unutdurmayacağıq”.
Dövlət başçısı vurğulayıb ki, bu qanlı faciəni törədənlər mütləq cavab verməlidirlər.
Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirib.
Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1.275 dinc sakin əsir götürülüb, onlardan 150-nin taleyi indi də məlum deyil.